Pul
Bu banklarda xarici valyuta qəbulu dayandırıldı
Rusiyanın ən böyük bankları xarici valyuta qəbulunu dayandırıb.
Publika.az “İzvestiya” qəzetinə istinadən yazır ki, 13 kredit təşkilatından 11-nin bankomatlarında dollar və avro yatırmaq qeyri-mümkündür.
Xarici valyuta qəbulunu dayandıran banklara VTB, Otkritie, Raiffeisen, Unicreditbank, MKB, RSHB, PSB və Rosbank daxildir.
Bankomatları xarici valyutada hesabın doldurulmasını dəstəkləyən yeganə əsas kredit təşkilatları Alfa və Tinkoff-dur.
Qeyd edək ki, bundan əvvəl Qırğızıstan bankları Rusiyanın “Unistream” ödəniş sistemi ilə işləməyi müvəqqəti dayandırıb. Xarici valyutada köçürmələr Kompanion Bank, Finca Bank, RSK Bank, Kapital Bank, Halyk Bank və Bank of Asia tərəfindən qadağan edilib. Kredit təşkilatları sistemdə dollar və avro ilə əməliyyatların artıq mövcud olmadığını bildirib.
Qərbin Rusiya kredit təşkilatlarına qarşı sanksiyaları ilə bağlı oxşar tədbirlər Qazaxıstan, Özbəkistan, Ermənistan və Gürcüstan bankları tərəfindən də tətbiq edilib.
Mehti Kamiloğlu
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































