Pul
Trilyon dollarlıq kritik görüş: Nəhəng investorlar İstanbulda bir araya gəldi
Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşək dünən - avqustun 4-də beynəlxalq investorlarla görüşüb.
Publika.az xəbər verir ki, Mərkəzi Bankın sədri Hafizə Qaye Erkanın da iştirak etdiyi Türkiyə İqtisadi Forumunda qlobal şirkətlərin nümayəndələri ilə təkbətək görüşlər keçirilib. Bildirilib ki, forumda 50-yə yaxın investor iştirak edib. Nazir Şimşəkin forumda Türkiyə iqtisadiyyatına dair təqdimatla çıxış etdiyi və müxtəlif beynəlxalq investor qrupları ilə görüşdüyü öyrənilib.
"BlackRock" şirkəti təxminən 10 trilyon dollarlıq, "JP Morgan" isə 4 trilyon dollarlıq vəsait idarə edir. Xəbərin təsiri ilə Borsa İstanbulda indeks 7365 punkta yüksələrək tarixinin ən yüksək səviyyəsinə çatıb. Xarici investorlar 2 iyun - 28 iyul tarixləri arasında bütün 8 həftə ərzində Borsa İstanbulda 1 milyard 788 milyon dollar xalis alış həyata keçirib. Beləliklə, son 10 ilin ən uzun alış seriyası edilib.

Digər tərəfdən, Mərkəzi Bankın sədri Hafizə Qaye Erkanın sözügedən təşkilat çərçivəsində danışıqları davam etdirdiyi bildirilib. İlin üçüncü inflyasiya hesabatının açıqlandığı yığıncaqda keçən həftə ilk dəfə mətbuatın suallarını cavablandıran Erkan, ən qısa zamanda investor görüşləri keçirəcəklərini açıqlamışdı.

Nəzrin
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































