Pul
Kriptovalyuta kralı həbs edildi
ABŞ-ın Nyu-York şəhərində bir ay davam edən dinləmələr nəticəsində dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan FTX-nin qurucusu Sem Bankman-Frid elektronik fırıldaqçılıq, qiymətli kağızlar fırıldaqçılığı və çirkli pulların yuyulması da daxil olmaqla ona qarşı irəli sürülən 7 ittihamın hamısı üzrə mühakimə olunub.
Publika.az xəbər verir ki, münsiflər heyəti dörd saatdan çox davam edən məhkəmə prosesindən sonra Bankmen-Fridi təqsirli bilib.
2022-ci ilin dekabrında yaşadığı və FTX-nin mərkəzi olduğu Baham adalarında həbs edilən Bankman-Frid ABŞ-a ekstradisiya olunmağa razılıq verdikdən sonra, ailəsinin Kaliforniyadakı evində ev dustaqlığında saxlanılmaq üçün 250 milyon dollar girov qarşılığında sərbəst buraxılıb.
31 yaşlı Bankman-Fridin uzun müddətə həbs cəzası alacağı gözlənilərkən, qərarın mart ayında açıqlanacağı bildirilib.
Xatırladaq ki, kriptovalyuta birjası FTX 2022-ci ilin noyabrında iflas etmiş və şirkətin baş direktoru Sam Bankman-Friidin istefa verdiyi açıqlanmışdı.
Nəzrin
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































