Pul
Banklarda əmanətlərin həcmi azalıb - Millət vəkili səbəbini açıqladı
“Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar. Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb. Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalmaq qeydə alınıb. Əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərsə də, nəzərə alınmalıdıır ki, bu ilin fervarlından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməkdədir”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial media hesabında paylaşıb.
O qeyd edib ki, banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərib:
“Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət portfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir. Gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi.

Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.
Aysel Şahmar
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Rəsmi xronika09:04Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək

















.jpg)
.jpg)









.jpg)








