Pul
Dolların məzənnəsi ilə bağlı YENİ PROQNOZ
"2024-cü ildə dolların məzənnəsi çox güman ki, 100 rubldan yuxarı qalxacaq, lakin Amerika valyutasının vahidi üçün 200 rubl səviyyəsinə çatmaq mümkün deyil".
Publika.az xəbər verir ki, bunu "BKF Bankın analitik departamentinin rəhbəri Maksim Osadçi "RİA Novosti"yə deyib.
Ekspert qeyd edib ki, rublun məzənnəsinin sabitləşməsi gələn ildə də davam edəcək. Onun sözlərinə görə, 2023-cü ildə dolların məzənnəsinin dəyişmə diapazonu əvvəlki illə müqayisədə yarıdan çox - 69 rubldan 34 rubla qədər azalıb və bu tendensiya gələn ildə də davam edəcək.
Osadçi eyni zamanda hesab edir ki, 2024-cü ildə rublun məzənnəsinin zəifləməsindən də danışılacaq.
Parametrləri yaxın üç il üçün sosial və makroiqtisadi inkişaf proqnozunun baza variantına daxil edilmiş İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə , dolların məzənnəsi 2024-cü ildə 90,1 rubl, 2025-ci ildə 91,1 rubl və 2026-cı ildə 92,3 rubl təşkil edəcək.
Departamentin materiallarından belə çıxır ki, Rusiya valyutası 2024-cü ilin iyununda möhkəmlənmənin zirvəsinə çatacaq, o zaman dollar 87,5 rubla başa gələcək.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































