Pul
Dollarla bağlı YENİ PROQNOZ: "Neftin qiyməti 100 dollara çatarsa..."
2024-cü ilin əvvəli üçün baza proqnozuna əsasən, bəzi ixracatçı şirkətlər tərəfindən valyuta gəlirlərinin məcburi satışı ilə bağlı tələblərin davam etməsi fonunda dolların məzənnəsi 85 rubla qədər enə bilər.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya "Alfa Capital" menecment üzrə analitik Aleksandr Djioyev məlumat verib.
Ekspert Rusiya valyutasını dəstəkləyəcək digər amillər arasında şirkətlər tərəfindən debitor borclarının qaytarılması mexanizmlərinin yaradılmasını və idxal göstəricilərinin optimallaşdırılmasını qeyd edib.
Valyuta bazarında vəziyyətin təqdim olunan optimist ssenarisinə görə, gələn il dollar 70-75 rubl diapazonunda sabitləşə bilər. Belə bir inkişaf o zaman mümkün olacaq ki, dünya iqtisadiyyatının daha sürətli artım templəri hesabına neftin qiyməti bir barel üçün 100 dollara çatsın.
Eyni zamanda, BKF bankının analitik şöbəsinin rəhbəri Maksim Osadçinin proqnozuna görə, 2024-cü ildə dolların məzənnəsi böyük ehtimalla 100 rubldan yuxarı qalxacaq, lakin o, 200 rubl səviyyəsinə çatmağı çətin hesab edib.
PSB İdarəetmə Şirkətinin investisiyalar üzrə idarəedici direktoru Nikolay Ryaskov 2024-cü ilin birinci rübündə dolların məzənnəsinin böyük ehtimalla 90-100 rubl səviyyəsində olacağını gözləyir.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































