Pul
"Bitcoin" yenə BAHALAŞDI
Qlobal bazarlarda spot "Bitcoin" birja fondlarına (ETF) marağın davam etməsi nəticəsində "Bitcoin" kriptovalyutasının qiyməti 45 000 dollardan yuxarı satılır.
Publika.az xəbər verir ki, bu barədə "Coinmarketcap" analiz şirkəti məlumat yayıb.
Məlumata görə, "Bitcoin" də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 4,6 faiz artaraq 1 trilyon 703 milyard dolları keçib.
Ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti spot "Bitcoin ETF"lərə investisiyalar 9 gündür artmağa davam etdiyi üçün son 24 saatda 5 faizdən çox dəyər qazanıb.
Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici monetar siyasətə keçəcəyi ilə bağlı gözləntilər də Bitcoin-in artımını dəstəkləyir.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































