Pul
Yeni prezidentin "islahat"larının nəticəsi: yoxsulluq 57,4%-ə çatdı
Argentinada yoxsulluq səviyyəsi yanvarda 57,4%-ə çatıb ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.
Publika.az xəbər verir ki, "Reuters" bu barədə ölkənin aparıcı iqtisadi universitetlərindən biri olan Pontificia Universidad Católica Argentina (UCA) məlumatlarına istinadən yazıb.
UCA-nın hesabatına görə, yeni seçilmiş prezident Javier Miley tərəfindən pesonun devalvasiyası və sonradan qiymət artımı yoxsulluq vəziyyətinin pisləşməsinə səbəb olub. 2023-cü ilin sonunda yoxsulluq səviyyəsi 49,5% olub, yanvarda isə rekord səviyyəyə - 57,4%-ə yüksəlib.
Hesabatda həmçinin qeyd olunur ki, ölkə üzrə ən azı 27 milyon insan yoxsulluq içində yaşayır, daha 9 milyon nəfər isə (ümumi 47,3 milyon əhalidən) həddindən artıq yoxsulluq içərisindədir. Mileyin islahatları əsas ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olub. Ötən il ölkədə inflyasiya 211,4% təşkil edib.
Ötən ilin dekabrında vəzifəsinin icrasına başlayan Argentina prezidenti Xavyer Miley ölkə iqtisadiyyatını liberallaşdırmaq üçün 300-dən çox fərman imzalayıb. O, iqtisadi böhranı aradan qaldırmaq üçün “aylarla ağrıya” dözməyin lazım olduğu barədə xəbərdarlıq edib.
Mileyin islahatları arasında pesonun 50% devalvasiyası, enerji və nəqliyyat üçün dövlət subsidiyalarının kəsilməsi və əmək qanunlarına edilən dəyişikliklər daxildir. Məsələn, işə qəbul üçün sınaq müddəti səkkiz aya qədər artırılıb, 12 saatlıq iş gününə icazə verilib, məzuniyyət və işdən çıxarılma ilə bağlı kompensasiyalar azaldılıb.
Həmkarlar ittifaqları Buenos-Ayres küçələrində etirazlara səbəb olan son tədbirdən hiddətləniblər. Konqresin bəzi üzvləri prezidentin şok tədbirlərini konstitusiyaya zidd adlandırıb, müxalifət isə onların həyata keçirilməsinə qarşı çıxacaqlarına söz verib.
Cəmilə
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































