Pul
"Qiwi" pul cüzdanlarında qalan vəsaitlərin aqibəti necə olacaq? - RƏSMİ CAVAB
Azərbaycan vətəndaşlarının Rusiyada fəaliyyəti dayandırılmış “Qiwi Bank”ın pul cüzdanlarında qalan pullarının aqibəti xarici yurisdiksiya ilə həll olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"un sorğusuna cavab olaraq bildirilib.
“Qiwi” pul cüzdanı xarici yurisdiksiyaya aid olduğundan ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məsələləri də müvafiq yurisdiksiya çərçivəsində tənzimlənir.
Məlum olduğu kimi, ölkə daxilində elektron pul təşkilatlarının fəaliyyəti və elektron pulun emissiyası ilə bağlı münasibətlər 2023-cü ilin 9 noyabr tarixində qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunu ilə tənzimlənir və həmin qanunda elektron pul cüzdanlarında olan pul vəsaitlərin hüquqi rejimi ilə yanaşı hazırda beynəlxalq təcrübədə tətbiq olunan vəsaitlərin qorunma mexanizminin tətbiqini zəruri edən təhlükəsizlik normaları da yer alıb”, - AMB bildirir.
Tənzimləyici qurum vurğulayır ki, Azərbaycanda elektron pul təşkilatları tərəfindən qəbul edilmiş pul vəsaitlərinin ayrıca bank hesabında saxlanılması, müvafiq miqdarda sığortaçıda mülki məsuliyyətinin sığortalanması, qarantiya ilə təmin olunması kimi tədbirlər həyata keçirilə bilər.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı fevralın 21-də "Qiwi Bank"ın lisenziyasını ləğv etdikdən sonra “Qiwi” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanıb və istifadiçələrin vəsaitlərinin hesabdan çıxarılması dayandırılıb.
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
































.jpg)




