Pul
87 yaşlı milyarderə 49 milyonluq zərbə
ABŞ-da keçirilən məhkəmədə 87 yaşlı britaniyalı milyarder Coe Levisin iki il həbsi istənilib.
Publika.az xəbər verir ki, o, öz tanışlarına ictimaiyyətə açıq şirkətlər haqqında qeyri-qanuni səhm tövsiyələri edərək onların təxminən yarım milyon dollar pul qazanmağına imkan yaratmaqda ittiham olunur.
Milyarderin səhhəti, yaşı, həmçinin ittihamlarla üzləşmək üçün yaşadığı Baham adalarından Vaşinqtona gəlməsi nəzərə alınaraq ona həbs cəzası əvəzinə beş milyon dollar cərimə kəsilib.
Milyarderin şirkətlərindən biri olan "Broad Bay Ltd" isə 44 milyon dollar cərimələnib.
Bildirilir ki, Coe Levis müxtəlif korporativ şuralarda tutduğu mövqe sayəsində bəzi şirkətlər haqqında məxfi məlumatlar əldə edib. O, bu məlumatları öz sevgilisi, dostları və şəxsi pilotlarından ikisi ilə bölüşüb.
Qeyd edək ki, Coe Levisin və ailəsinin sərvəti 7,2 milyard dollar təşkil edir.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































