Pul
FED: İnflyasiya ən böyük maliyyə riski olaraq görülür
ABŞ Federal Ehtiyat Sisteminin (FED) dərc etdiyi Maliyyə Sabitliyi Hesabatının aprel sayında inflyasiya və monetar sərtləşdirmənin ən böyük maliyyə riskləri olaraq görüldüyü qeyd edilib.
Publika.az xəbər verir ki, FED Amerika maliyyə sistemində mövcud vəziyyətin qiymətləndirilməsini özündə əks etdirən Maliyyə Sabitliyi Hesabatının aprel buraxılışını dərc edib.
Hesabatda qeyd olunub ki, davamlı inflyasiya və sərt pul siyasətinin təsiri bazar iştirakçıları arasında ən çox istinad edilən risklər olaraq qalır.
Hesabatda, bazar iştirakçılarının əksəriyyətinin inflyasiyanın yenidən sürətlənməsinin faiz dərəcələrini gözlənildiyindən daha uzun müddətə saxlaya biləcəyini ifadə etdiyi vurğulanıb.
FED-in hesabatında deyilir ki, Yaxın Şərqdəki münaqişələr və Rusiyanın Ukraynada davam edən müharibəsi enerji və əmtəə bazarlarında və qlobal dəyər zəncirlərində davamlı pozulma ehtimalı da daxil olmaqla qlobal iqtisadi fəaliyyət üçün risklər yaradır.
Roza Şəfiyeva
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































