Pul
Türk lirəsi dollar qarşısında bahalaşdı
Türk lirəsinin lehinə olan inkişaflar və ABŞ-da qiymət təzyiqlərinin azaldığını göstərən inflyasiya məlumatlarından sonra dollar dəyər itirib. Dollar/lirə məzənnəsi bu gün 32,16 TL olub. Avro isə 34.99 lirədən başlayıb.
Publika.az xəbər verir ki, istehlak qiymətləri aprel ayında aylıq 0,3 faiz artaraq bazar gözləntilərinin altında olub. Hər il isə 3,4 faiz artıb.
Qiymət təzyiqlərinin azaldığını göstərən bu məlumatların ardınca FED-in faiz dərəcələrini endirəcəyi gözləntiləri ilə dollar qlobal valyutalar qarşısında gücünü itirib. Bu fonda türk lirəsi dəyər qazanıb.
Dünən qatıldığı Qətər İqtisadi Forumunda çıxış edən Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək birinci prioritetin qiymət sabitliyi olduğunu bildirib: "Hökumətimiz buna nail olmaq üçün nə lazımdırsa edəcək".
Qlobal bazarlar ABŞ məlumatlarından sonra müsbətə doğru dəyişib.
Roza Şəfiyeva
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































