Pul
Əhali pulunu bu formada saxlayır: Manata etibar artıb, yoxsa banklara olan inam?
Mərkəzi Bankın açıqladığı aylıq statistik məlumata görə, 2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin depozit portfeli 14 milyard 299,1 milyon manat təşkil edib. Depozit portfeli aylıq müqayisədə 439,2 milyon manat (3,2%), 2024-cü ilin əvvəli ilə müqayisədə 1 milyard 716,9 milyon manat (13,6%) böyüyüb. Depozit portfelinin 9 milyard 400 milyon manatı milli valyutada, 4 milyard 899 milyon manatı xarici valyutada formalaşıb.
Milli valyutada əmanətlər son bir ayda 365,3 milyon manat (4%), son bir ildə 1 milyard 89,1 milyon manat (13,1%), xarici valyutada əmanətlər aylıq müqayisədə 73,9 milyon manat (2%), illik müqayisədə 627,8 milyon manat (15%) böyüyüb.
İqtisadçı alim, millət vəkili Vüqar Bayramov Publika.az-a bildirib ki, manatla depozitlərin məbləğinin artması birbaşa milli valyutada depozit faizlərinin xarici valyuta ilə müqayisədə daha yüksək olması ilə bağlıdır:
“Hazırda xarici valyutalar üzrə qorunan faiz 2,5, milli valyutada isə 12 %-dir. Banklar tərəfindən də milli valyutada depozit yerləşdirilən zaman daha yüksək faizlər ödənilir. Bu da milli valyutanın xarici valyuta ilə müqayisədə depozit olaraq daha çox gəlir gətirməsi ilə bağlıdır. Ona görə də milli valyutada depozit yerləşdirilməsinə maraq artıb”.

V.Bayramov qeyd edib ki, 2017-ci ildən etibarən manatın məzənnəsinin stabil qalması da milli valyutada yığımlara, eləcə də depozitlərə təsir göstərən faktorlardan biridir:
“Artıq 8 ildir ki, milli valyuta stabilliyini qoruyub saxlayıb. Bu da təbii ki, depozit qərarlarına təsir göstərir. Amma müşahidələr göstərir ki, depozit qərarlarına təsir edən əsas faktorlardan biri milli valyutada depozitlərə daha yüksək divindendlərin ödənilməsi ilə bağlıdır”.
Aysel Şahmar
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər













.webp)

.jpg)


.jpg)



















