Pul
Tarixin ən böyük RƏQƏMSAL SOYĞUNU - Hakerləri tapana 140 milyon dollar mükafat veriləcək
"Bybit" kriptovalyuta birjası onu qarət edən hakerlərin tutulmasına görə mükafat elan edib.
Publika.az xəbər verir ki, bu barədə birjanın saytında məlumat verilib.
“Kibertəhlükəsizlik sahəsində ən parlaq ağıllar və kriptoanalitiklər tarixdə ən böyük kriptovalyuta soyğununu həyata keçirən cinayətkarların qlobal ovuna qoşula bilərlər”, - bəyanatda deyilir.
Birja kiber hakerlərin aşkarlanmasına səbəb olan məlumat üçün oğurlanmış məbləğin on faizini ödəməyə hazırdır. Şirkətdən təxminən 1,4 milyard dollar oğurlandığını nəzərə alsaq, mükafat məbləği 140 milyon dollara çata bilər.
Məlum olub ki, hakerlər "Bybit" kriptovalyuta birjasından təxminən 1,5 milyard dollar oğurlayıblar. Birjanın baş direktoru Ben Çjounun sözlərinə görə, bir haker "Bybit"in oflayn "Ethereum" pulqabılarından birinə nəzarəti ələ keçirib.
Bu, 2021-ci ildə "Poly Network" platformasından oğurlanan 611 milyon dolları ötərək dünyanın ən böyük kriptovalyuta oğurluğu olub.
Hüseyn İbadlı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?


















.jpg)
.jpg)


















