Pul
Bir zənglə qurbana çevrildi - 27 min manatdan artıq PUL İTİRDİ
Daha bir vətəndaşın bank kartından kiber üsulla 27 283 AZN oğurlanıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
"Necə oğurlanıb? +94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz", - E.Hacıyev vurğulayıb.
O qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri çəkilməklə adına bankdan 21 000 manat kredit çəkilib:
"Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib".
"Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır.Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər.
Təhlükə var, sən də tələyə düşə bilərsən…Diqqətli ol…", - E.Hacıyev əlavə edib.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?












.webp)

























