Pul
Bu bank gizli şəkildə saxta pul kəsib
Fransalı ekspert Yannik Kolonun araşdırması maraqlı faktı üzə çıxarıb.
Publika.az xəbər verir ki, qiymətli metallar üzrə ekspert Fransa Bankının (ölkənin mərkəzi bankı) 1961-1960-cı illərdə saxta pullar hazırlamaqla məşğul olduğunu iddia edib.
Arxivdə araşdırma aparan mütəxəssis qeyd edib ki, iş tam məxfi şəkildə həyata keçirilib. Bu barədə hökumət qərarı olmayıb. Arxivdə yalnız bank sədrinin tam məxfi təlimatı saxlanılır.
Tədqiqatçı qeyd edir ki, İkinci Dünya müharibəsindən sonra boşalan xəzinəni doldurmaq üçün Fransa hökuməti 1907-1914-cü illərdə tədavüldə olmuş qızıl sikkələri yenidən qeyri-rəsmi şəkildə dövriyyəyə buraxıb. Halbuki bu pullar 1926-cı ildə qanuni ödəniş vasitəsi hüququnu itirmişdi. Mərkəzi Bank sözügedən sikkələrin surətlərini hazırlayaraq zərb etdirir. Bu zaman orijinal təsvir qorunsa da, əyar azaldılır. Orijinal sikkənin əyarı 900 olduğu halda, yeni “saxta-doğru” sikkədə əyar 897,3-ə endirilir. 37,5 milyon ədəd qızıl sikkə zərb edən hökumət bu yolla 657 kiloqram qızıla qənaət edir, həm də satışlardan kifayət qədər vəsait əldə edir.
Bu gün də dövriyyədə olan sikkələr Fransanın maliyyə sistemi üçün ziddiyyət mənbəyinə çevrilib. Dövlət qurumları 5000 avroluq həddi keçməyənədək bu pulların satışına vergi tətbiq etmir. Halbuki orijinal Napoleon sikkələrinin satışına 11,5 faiz vergi tətbiq olunur.
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı





































