Pul
Ağ Ev "Bitcoin"lə bağlı qəti QƏRAR VERDİ
ABŞ hökuməti böyük "Bitcoin" ehtiyatı toplamağı planlaşdırır və bu kriptovalyutanın bir vahidini belə satmaq niyyətində deyil.
Publika.az xəbər verir ki, bunu “YouTube”da yayımlanan Las-Veqasda “Bitcoin 2025” konfransında çıxışı zamanı Ağ Evin Rəqəmsal Valyutalar üzrə Məsləhətçilər Şurasının icraçı direktoru Bo Hayns deyib.
"Birincisi, biz daha çox toplamaq istəyirik və ikincisi, biz ABŞ hökumətinə sahib ola biləcəyimiz heç bir bitkoini satmaq fikrində deyilik ", - Hayns bəyan dib.
Mart ayında ABŞ Prezidenti Donald Tramp kriptovalyutalara həsr olunmuş forumda bəyan etmişdi ki, ABŞ hökuməti 200 minə yaxın bitkoin saxlayır. O qeyd edib ki, bu vəsaitlər yeni federal ehtiyatın əsasını təşkil edəcək. Tramp ABŞ-ın "Bitcoin"lərin ən böyük sahibləri arasında olduğunu və onları satmaq niyyətində olmadığını vurğulayıb.
Yazda Tramp strateji kriptovalyuta ehtiyatı yaratmaq üçün də sərəncam verib.
Mayın 28-nə olan məzənnəyə əsasən, bir bitkoin 108 714 dollardır.
Hüseyn İbadlı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?












.jpg)





.jpg)



















