Pul
"Bitcoin"lə bağlı VAHİMƏLİ PROQNOZ - Elə rəqəmlər səsləndirilir ki...
"Teorik olaraq, "Bitcoin"in məzənnəsi 2030 və ya 2035-ci ilə qədər 1 milyon ABŞ dollarına çata və hətta bu həddi aşa bilər".
Publika.az xəbər veriur ki, bu proqnozu Qazeta.ru-ya “BCS İnvestisiya Dünyası”nın fond bazarı üzrə eksperti Oleq Reşetnikov verib. O, investisiya evlərinin statistikalarına istinad edib.
“Doğrudan da belə nəticəyə gəlmək olar ki, "Bitcoin"in qiyməti (əgər onun təklifi məhduddursa) müəyyən bir zamanda 1 milyon dollara çata bilər, xüsusilə də onu hökumətlər tərəfindən çap edilən və inflyasiyaya məruz qalan pullarla müqayisə etdikdə,” - Reşetnikov "Telegram"ın qurucusu Pavel Durovun səsləndirdiyi ssenarini şərh edərkən bildirib.
Ekspert bir analogiya da təqdim edib. Onun sözlərinə görə, ABŞ-da pul kütləsinin həcmi 2000-ci ildən bu günə qədər demək olar ki, beş dəfə artaraq 4,7 trilyon dollardan 21,9 trilyon dollara yüksəlib.
"Eyni dövrdə ölkənin ÜDM-i isə 2,5 dəfə artıb. Yəni, pulun hesablaşma vasitəsi kimi funksiyasını yerinə yetirməsi üçün 2,5 dəfəlik artım kifayət edərdi (hətta daha az)", - deyə Reşetnikov qeyd edib.
Onun fikrincə, pul kütləsinin artımı gələcəkdə də davam edə bilər, lakin bu artımın xətti şəkildə olub-olmayacağı hələ məlum deyil. Məhz bu səbəbdən "Bitcoin"in 1 milyon dollara çatma müddəti dəyişə bilər.
“İdeal dünyada əgər dolların alıcılıq qabiliyyəti iki dəfə azalarsa, təklifi məhdud olan "Bitcoin"in qiyməti də iki dəfə artmalıdır. Lakin reallıqda bu artım daha çox və ya daha az ola bilər. Çox şey investorların "Bitcoin"ə bir qənaət vasitəsi kimi nə dərəcədə inanmasından və nə qədər vəsait yatırmağa hazır olmalarından asılı olacaq,” — deyə Reşetnikov yekunlaşdırıb.
Pavel Durov hesab edir ki, "Bitcoin"in qiyməti potensial olaraq 1 milyon dollara çata bilər. Durov amerikalı videobloqer Leks Fridmana verdiyi müsahibədə qeyd edib ki, fiat valyutaları daimi emissiyaya məruz qalır, "Bitcoin" isə sabit və azalan inflyasiyaya malikdir, bu da nəticədə sıfıra enəcək. Müsahibə 1 oktyabrda yayımlanıb.
"CoinDesk"in məlumatına görə, 2 oktyabr tarixində "Bitcoin"in qiyməti təxminən 118,8 min dollar olub.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi








































