Pul
Dollarla bağlı YENİ PROQNOZ - Payızın sonuna kimi...
Dekabr ayına qədər dolların məzənnəsi 78–80 rubl arasında qalacaq.
Publika.az xəbər verir ki, bu proqnozu “Polilog” Konsaltinq Qrupunun layihə rəhbəri Ruslan Andreyev Gazeta.ru üçün verib.
“Cari iqtisadi reallıqları və bazarın gözləntilərini nəzərə alaraq, düşünürəm ki, dolların məzənnəsi qışın əvvəlinə qədər 78–80 rubl aralığında qalacaq. Bu göstərici makroiqtisadi amillərdən və Mərkəzi Bankın fəaliyyətindən asılı olaraq dəyişə bilər. Rublun daha da dəyərsizləşməsinin qarşısını alan əsas amil Mərkəzi Bankın inflyasiyanı hədəf səviyyədə (4%) saxlamaq zərurətidir. Əgər bu vəzifə uğurla yerinə yetirilərsə, rublun möhkəmlənməsi və dolların məzənnəsinin payızın sonuna qədər 75 rubla qədər enməsi üçün şərait yarana bilər. Lakin buna baxmayaraq, yaxın aylarda mövsümi ödəniş balansı profisitinin azalması səbəbindən dolların 75 rubla enməsi gözlənilmir,” — deyə Andreyev bildirib.
O əlavə edib ki, Yeni il bayramı ərəfəsində adətən idxal mallarına - hədiyyələrə, ərzaqlara, elektronikaya və geyimə tələbat artır. Xarici məhsulların idxalı xarici valyutaya tələbi yüksəldir və bu da dolların bahalaşmasına səbəb ola bilər. Andreyev qeyd edib ki, Rusiya ABŞ-dan ərzaq məhsullarının idxalını davam etdirir və bu idxal Trampın hakimiyyətə gəlməsindən sonra artıb.
Onun sözlərinə görə, istehlak xərclərinin artması fonunda inflyasiyanın cüzi yüksəlməsi də mümkündür.
"Bu həm idxal, həm də yerli məhsullara təsir göstərə bilər. Bu halda dolların məzənnəsi Mərkəzi Bankın monetar siyasətindən asılı olacaq. Əgər əsas faiz dərəcəsi enməyə davam edərsə, investorlar üçün rubl sərfəli olmayacaq", - deyə Andreyev yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi















.jpg)


.jpg)
















.jpg)

