Pul
Dollar qışda görün neçəyə satılacaq - “İki hadisə baş verə bilər”
“Bu qış dolların məzənnəsi 80–88 rubl aralığında olacaq”.
Publika.az xəbər verir ki, bunu Gazeta.ru-ya “Garda Kapital”ın investisiya strateqi Aleksandr Baxtin deyib.
Onun sözlərinə görə, rublun hazırkı səviyyədən 10% bahalaşması nəzəri cəhətdən mümkündür, lakin bu daha çox hipotetik ssenaridir. Belə bir hal, məsələn, Mərkəzi Bankın əsas faiz dərəcəsini artırmağa məcbur qalması ilə baş verə bilər.
Rublun bahalaşmasının digər mümkün səbəbi isə ticarət balansında kəskin dəyişiklik ola bilər - ya ixrac gəlirləri sürətlə artar, ya da ölkəyə idxal axını azalır, məsələn, Rusiyanın ticarət tərəfdaşlarına qarşı tətbiq edilən ikinci dərəcəli sanksiyalar səbəbilə.
Baxtin qeyd edib ki, hər iki hadisə ehtimal baxımından zəif qiymətləndirilir və əsas gözlənti dolların qışda 80–88 rubl arasında qalmasıdır.
Investing.com-un məlumatına görə, 30 oktyabrda dolların məzənnəsi təxminən 80 rubl olub. 2025-ci ilin əvvəlindən bəri ABŞ valyutası rubl qarşısında təxminən 30% ucuzlaşıb. Yanvarda dolların məzənnəsi 100 rubldan çox idi. Ötən il ərzində ABŞ valyutası rubl qarşısında təxminən 27,5%, 2023-cü ildə isə 23% bahalaşmışdı.
Hüseyn İbadlı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi





































