Pul
Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ
Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
İddia edilir ki, yeni pul vahidi yeni ildən istifadəyə veriləcək, hətta onun görünüşünü əks etdirən foto belə paylaşılır.
Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından Baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Belə bir hal nəzərdə tutulmayıb.
"Son dövrlər müxtəlif sosial şəbəkələrdə yeni 3 manat nominallı kağız pul nişanının tədavülə buraxılacağı ilə bağlı xəbərlər paylaşılmışdır. Bildiririk ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və vətəndaşları bu kimi məsələlərdə dəqiq məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq".
Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.
"Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib: https://www.cbar.az/page-28/currency-in-circulation. Eyni zamanda bildiririk ki, Mərkəzi Bank yeni nominalda pul nişanını tədavülə buraxdıqda öncədən rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyəti məlumatlandırır", - deyə Mərkəzi Bankın məlumatına əlavə olunub.
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































