Qadın
Bir kişinin sizdən xoşu gəldiyini necə anlaya bilərsiniz?
Filmlərdə görməyə alışdığımız gözlərdəki parıltı və sehrli təbəssüm real həyatda kişinin qadından xoşu gəldiyinin əlaməti ola bilər. Ancaq hər kişi qadından xoşlandığını bu qədər bəlli etmir və hisslərini büruzə vermir. Bəzi kişilər duyğularını qarşısındakına açana qədər uzun müddət gözləyir. Ancaq siz yenə də bəzi əlamətlərdən kişinin həqiqi hisslərini anlaya bilərsiniz. Bu əlamətlərə sizi dinləməsi, sizi hər görəndə həqiqətən sevinməsi və gözlərinin daima sizin üzərinizdə olması daxildir...
Hər zaman hazır olması
Gözləri yalnız sizi görür, məclisdə və qrupda digər insanlarla çox ünsiyyətdə olmur.
Sizi hər görəndə üzündə təbəssüm yaranır.
Danışarkən sizə toxunmaq istəyə bilər.
Danışarkən sizə daha yaxın olmaq üçün yaxın əyləşə bilər.
Bir yerdə oturanda qarşınızda oturub sizi görmək istəyər.
Sizinlə qarşılaşanda, salamlaşanda sarılmaq, qucaqlaşmaq istəyər.
Xasiyyətcə utancaqdırsa onun sizə baxdığını gördükdə gözlərini qaçırır.
Şən və ünsiyyətcil biridirsə, göz-gözə gələndə sizə göz vura bilər.
Mükəmməl centlmen
Sizinlə eyni mühitdə olanda hər kəsə qarşı ən yaxşı şəkildə davranmağa çalışır.
Bunlar bir az keçmişdə qalsa da, ancaq bir centlmen üçün hələ də keçərlidir: Sizin üçün qapını açır, yerinizi düzəldir və s.
Kafedə hesabı ödəmək üçün israr edir.
Sizin yanınızda olanda ətrafdakı hər hansı birinə və ya məsələyə pis söz deməkdən çəkinir.
Yolu keçərkən əlinizi tutmaq istəyər.
Yaxşı dinləyicidir.
Bəyəndiyiniz şeylərə diqqət edər.
Qadınlar adətən kişilərin onları dinləmədiyindən şikayət edirlər. Ancaq bir kişi sizi həqiqətən bəyənirsə, dediyiniz hər sözə diqqət edər.
Nəsə arzuladıqda istəyinizi reallaşdırmaq üçün tələsər.
Diqqətinizi çəkməyə çalışır
Hər şeyə qeyri-adi yaxşı davranar, ev heyvanlarına belə...
Sizi güldürmək istəyər.
Hər məsələ haqqında sizin fikrinizi soruşur.
Bəzi kişilər bəyəndikləri qadının diqqətini çəkmək üçün onu bir az hirsləndirmək istəyir.
Sizə hər an gözəl sözlər demək istəyir.
Sizin yanınızda olanda özünü rahat hiss etdiyi üçün özü olur.
Sizin uğurlarınız onu həyəcanlandırır və hər işinizdə sizi cəsarətləndirir.
Sizinlə eyni arzuları və qorxuları bölüşür.
Əgər həyatınızda bu yuxarıda saydığım bir neçəsini edən biri varsa, böyük ehtimalla sizdən xoşlanır. Bundan sonrası artıq sizə qalıb. Ya işini asanlaşdırıb sizin də ondan xoşlandığınıza dair bir neçə ipucu verərək sizə hisslərinizi söyləməyi təmin edəcəksiniz, ya da bu işarələrə məhəl qoymayıb sevəcəyiniz başqa birini tapacaqsınız.
Son qeyd: İstisnalar qaydanı pozmur və bəzi kişilərin davranışları yuxarıdakı siyahıya uyğun gəlməsə belə, sizdən xoşlana bilər. Ya da əksinə, bunları etsə də, sizdən xoşu gəldiyi anlamına gəlməyə bilər. Nəticədə hər bir insan duyğularını fərqli formalarda ifadə etdiyini unutmayın.
Fidan
-
MDB09:53Ermənistan rusların ən çox səfər etdiyi ölkə imiş - Siyahı
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB09:19Peskov: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb"
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?



































.jpg)
