Qadın
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Publika.az xəbər verir ki, qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.
Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Dövlət başçısının təbrikində qeyd ediblib ki, Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərib:
"Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.
Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.
Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər".
Qeyd edək ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.
-
Yaxın Şərq13:52Beş aydan sonra ilk dəfə olaraq Müctəba Xameneinin videosunu yaydılar - VİDEO
-
Yaxın Şərq13:12"Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi
-
Ekologiya12:36Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
MDB12:19Dəhşətli qəza - 4 nəfər yanaraq öldü (VİDEO)
-
Digər12:09Dünya Çindən danışır - 1384 uçuşu ləğv etdilər
-
İdman11:49Minlərlə insan Fatimənin toyunu Ronaldonun toyu ilə səhv saldı
-
MDB09:54Ruslar rekord həddə ət yeyiblər
-
İdman09:00“Atletiko” dünya çempionunu 20 milyon avroya satdı





























.jpg)








