Qadın
“Gözəl qadın” filmindəki saç düzümü payızın trendinə çevriləcək
“Vogue” redaktorları payızda dəbə qayıdacaq saç düzümünün adını açıqlayıblar.
Publika.az xəbər verir ki, bu barədə jurnalın rəsmi sayıtında məlumat verilib.
Aktrisa Culiya Robertsin “Gözəl qadın” filmindəki qəhrəmanının saçında olduğu kimi dağınıq buruqlar payızın trendinə çevriləcək. Bununla yanaşı, mütəxəssislər supermodel Sindi Kroufordun üslubunda çəp ayrımı olan həcmli saç formasını, eləcə də təpəyə daha yaxın bağlanan və qismən üzə düşən kaskad quyruq şəklindəki “ananas” saç yığımını fərqləndiriblər.
Yayda “Vogue”unun italyan versiyasının redaktorları mikrotopları yayın trendi adlandırmışdılar. Mütəxəssislərin sözlərinə görə, müxtəlif rəng və fasonlu mikrotoplar aktual olacaq. Redaktorlar onları ətək, cins, bermud şortları və idman üslublu geyimlərlə geyinməyi təklif edirlər.
Hüseyn İbadlı
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq





































.jpg)
