Qadın
Hansı qoxularla kişilərin ağlını başından almaq olar?
Kişilərin diqqətini çəkmək üçün qoxuların sehrindən istifadə etmək lazımdır. Əgər siz də ətrinizlə hər kəsi özünüzə cəlb etmək istəyirsinizsə, bu məsləhətlərə əməl edin.
Araşdırmalar göstərib ki, kişilər tərkibində aşağıdakı 4 komponent olan ətirləri daha çox bəyənirlər:
1.Darçın
Darçın qoxusu verən ətirlər kişilərin ağlını başından alır. Bu da səbəbsiz deyil. Çünki qədim zamanlardan bəri darçının cinsi istəyi artırdığına inanılıb. Bir sözlə, darçın qoxan qadın kişiyə olduğundan daha gözəl görünür və onu ehtirasa gətirir.
2. Vanil
Vanil qadın ətirlərinin çoxunun tərkibinə vurulur. Vanil qoxusu kişilərin diqqətini çəkir və onlarda heyranlıq hissinin yaranmasına səbəb olur. Deyilənlərə görə, qədim zamanlarda erreksiya problemi yaşayan kişilərə vanilli içkilər məsləhət görüblər.
3. Lavanda
Lavanda da kişiləri valeh edən qoxulardan biridir. Lavanda qoxulu ətirlərdən istifadə etməklə yanaşı, paltarlarınızı lavanda ətirli xüsusi yuyucu vasitələrlə yusanız, istədiyiniz nəticəni əldə edəcəksiniz.
4. Meyvə qoxuları
Meyvə qoxulu ətirlərdən istifadə edən qadınlar kişilərin xoşuna gəlir. Onlar belə qadınların daha gənc və şux olduqlarını təsəvvür edirlər. Həmçinin, meyvə qoxularından istifadə edən qadının daha əyləncəli və səmimi olduğunu düşünürlər.
Mütəxəssislər qış aylarında darçınlı və vanilli, yay aylarında isə lavanda və ya meyvə qoxulu ətirlərdən istifadə etməyi məsləhət görürlər.
Ləman Sultan
-
MDB09:53Ermənistan rusların ən çox səfər etdiyi ölkə imiş - Siyahı
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB09:19Peskov: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb"
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?



































.jpg)
