150 uşaq “anası”, Hitlerin yanındakı çekist, 4-cü snayper – dünyanın qeyri-adi qadınları - FOTOLAR
Bizi izləyin

Qadın

150 uşaq “anası”, Hitlerin yanındakı çekist, 4-cü snayper – dünyanın qeyri-adi qadınları - FOTOLAR

Qadınları zəif bilənlər, gücsüz tanıyanlar yanılırlar. Zərif cinsin nümayəndələri arasında bəşər tarixinə öz möhrünü vuran elə qadınlar var ki, onların uğurlarını, ilklərini heç kəs yeniləyə bilməyib. Bu rekordlar, qeyri-adi uğurlar bu günə kimi birinciliklərini qorumaqdadır.

Publika.az dünyanın ən güclü, istedadlı, bacarıqlı qadınları ilə bağlı maraqlı faktları təqdim edir:

Dünya tarixinə ən çox düşmən əsgəri öldürmüş snayper qadın kimi düşmüş sovet əsgəri Lyudmila Pavliçenko Böyük Vətən Müharibəsi illərində 309 düşmən əsgər və zabitini məhv etməklə qeyri-adi bacarığını, döyüşçü məharətini ortaya qoyub. O dünyanın ən yaxşı snayperləri arasında 4-cü yerdə qərarlaşıb.

Qertrud Edel – qeyri-adi bacarığı, hünəri ilə həmyaşıdlarından və həmcisnlərindən seçilən qadın idi. Məhz Qertrud dünya tarixinə adını ilk dəfə La Manş boğazını keçən ilk qadın kimi yazdırdı.

Təyyarəçi Emilya Erxart 1928-ci ildə öz təyyarəsi ilə Atlantik okeanının üzərindən ötüb keçərək adını tarixə bu ilkə imza atan qadın kimi yazdırdı.

Toktoqon Altıbasarova - bu xanım Böyük Vətən Müharibəsi illərində hələ 16 yaşında ikən İssık Kula Leninqraddan köçürülmüş 150 yetim uşağa analıq edib. Cəmi 16 yaşında... Toktokon bütün uşaqlara qayğı göstərərək, adını bəşəriyyətin ən yaxşı qadınlarının siyahısına yazdıra bilib.

ABŞ-ın asayiş keşikçilərindən olan 28 yaşlı Pat Conson həm 9 aylıq küçədən tapılmış kimsəsiz uşağa analıq qayğısı göstərir, həm də polis əməkdaşı kimi öz işini davam etdirirdi. Himayəsinə götürdüyü azyaşlını iş otağındakı şkafda saxlayan qadının evinə gedəndə körpəni də özü ilə aparırdı. Onun bu humanistliyi ABŞ mətbuatının gündəmini zəbt etmişdi.

Ötən əsrin 30-40-cı illərində Avropanı diz çökdürərək, bir sıra xalqların rahatlığını əlindən almış, dövlətləri diz çökdürmüş nasist Almaniyası rəhbərlərini fotolarını izlədikdə Adolf Hitlerlə yanaşı fotosu olan bir qadın diqqəti cəlb edir. Unikal fotoda həmin xanımın Almaniya rəhbərinin düz yanında əyləşməsi açıq-aydın görünür. Qeyd edək ki, bu, Almaniyada hər qadına nəsib ola bilməzdi. Üstəlik, Hitler rəsmi və bədi tədbirlərdə hər qadınla fotosunun çəkilməsinə izn verməzdi. Təqdim etdiyimiz fotoda Hitlerin yanında əyləşmiş Olqa Konstantinovna Çexova Almaniyanın xalq artisti adını almışdı. Hitler sevimlisi olan bu qadınla konsertləri izlər, ona xüsusi qaygı göstərərdi. 1945-ci ilin mayında müharibə başa çatdı və yalnız bundan sonar məlum oldu ki, bu qadın sovet çekisti imiş... O, Almaniyanın düz göbəyində, Hitlerin yanında SSRİ, Britaniya üçün casusluq edirdi. Və almanlar müharibə başa çatana qədər bundan xəbərsiz oldular.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm