Qadın
Rusiya mətbuatı Mehriban Əliyevanı ən dəbli birinci xanım seçdi – FOTOLAR
Məşhur “Cosmopolitan” jurnalının Rusiya versiyası dünyanın ən gözəl birinci xanımlarını seçib.
Publika.az xəbər verir ki, həmin siyahıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da adı var. Belə ki, yazıda Mehriban Əliyeva haqqında geniş məlumat verilərək onun planetin ən parlaq simalarından biri, həmçinin birinci xanımların arasında ən dəbli və gözəl olduğu vurğulanıb. Yazıda deyilir:
“Ağıllı və gözəl Mehriban Əliyeva Azərbaycanın ən nüfuzlu ziyalı ailələrindən birinin təmsilçisidir. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm xadimi, filologiya elmləri doktoru və professor Mir Cəlal Paşayevin nəvəsi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızıdır. Mehriban Əliyeva öz irsini layiqincə davam etdirib. Belə ki, birinci xanım Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomuyla bitirib. Birinci xanım hələ tələbə olarkən gələcək prezident İlham Əliyevlə ailə qurub. Mehriban xanım ali təhsilini bitirdikdən sonra bir müddət Moskvada Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. Sonralar aktiv ictimai fəaliyyətlə, o cümlədən xeyriyyəçiliklə məşğul olub. Azərbaycanın birinci xanımı həmçinin BMT-nin və YUNESKO-nun xoşməramlı səfiridir. Mehriban Əliyeva hazırda Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılan Heydər Əliyev Fondunun prezidentidir. Və əlbəttə ki, ölkənin ən dəbli xanımıdır!”
Xatırladaq ki, bu siyahıda ABŞ-ın birinci xanımı Mişel Obama, Suriyanın birinci xanımı Əsma Əsəd, Meksikanın birinci xanımı Anxelika Rivera və Polşanın birinci xanımı Aqata Kornxauzer-Duda da yer alıb.
Aytən
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi



















.jpg)







.jpg)








