Qadın
İşləyən qadınların yalnız 36 faizinin ödənişli analıq məzuniyyəti hüququ var
Dünyada qadınların çoxunun analığın mühafizəsi ilə bağlı adekvat zəmanəti – ödənişli analıq məzuniyyəti götürmək hüququ yoxdur. Bu barədə məlumat Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Uşaqların sosial müdafiəsi: siyasət sahəsində əsas meyillər və statistik məlumatlar” adlı yeni tədqiqatında yer alıb.
BMT -nin hesabatına görə, dünyada işləyən qadınların yalnız 36 faizinin ödənişli analıq məzuniyyəti hüququ var. Qanunun səmərəsiz icrası nəticəsində isə bu müavinəti real şəkildə qadınların yalnız 28 faizi alır.
BƏT-in ekspertləri bildirirlər ki, son illər kiçik pul ödəmələri proqramlarının sayı xeyli artıb. Bu zaman adekvat müntəzəm müavinətin verilməsində əhəmiyyətli fərq qalır.
Məruzədə verilən məlumata görə, 108 ölkənin qanunvericiliyində uşaqlar üçün xüsusi müavinət proqramları nəzərdə tutulub. Amma bu proqramlar çox vaxt yalnız əhalinin azsaylı qruplarını əhatə edir.
BƏT-in sosial müdafiə departamentinin başçısı İzabel Ortiz diqqəti Avropada vergi-büdcə siyasətinin sərtləşdirilməsi tədbirlərinin qadınlar və uşaqlar üçün mənfi nəticələri üzərində cəmləşdirib.
Məruzədə analıq məzuniyyətinin müddəti barədə məlumatlar da yer alır. Bu göstərici üzrə rekordçu keçmiş SSRİ respublikalarıdır. Məsələn, Rusiyada və Tacikistanda hamiləliyə və doğuma görə ödənişli məzuniyyət müddəti 140 gün, Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Özbəkistan və Ukraynada 126 gündür.
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi



















.jpg)







.jpg)








