Qadın
İranlı qadınlar, əslində, necə geyinir? - FOTOLAR
İran dedikdə hər kəsin gözünün önündə sanki başqa dünya, ən əsası, islam ənənələri ilə geyinən qadınlar canlanır. Lakin iranlı qızlar heç də bizim təsəvvürümüzdə canlandırdığımız kimi geyinmirlər.
Publika.az iranlı dəbsevərlərin, əslində, necə geyindiyini göstərən şəkilləri toplayıb.
Zəngin həyat tərzi
Fars gözəllərinin üslubunun əsas elementi təmtəraq və dəbdəbədir. İranın zəngin qızları təmtərağı və parıltını həddindən çox sevirlər. Bir neçə zinət əşyası ilə heç vaxt kifayətlənmirlər. İranlı qızların geyim tərzi onunla fərqlənir ki, onlar obrazlarını bahalı bəzək əşyaları ilə doldururlar. Eyni zamanda iranlı xanımlar da avropalı dəb həvəskarları kimi “Louis Vuitton”, “Dior”, “Chanel”, “Dolce &Gabbana”, “Prada” brendlərinin əsl pərəstişkarlarıdır. Modapərəstlər bahalı brendləri qarışdırmağı da çox xoşlayırlar.
Eynəklərə olan sonsuz məhəbbət
İran isti ölkə olduğundan buranın dəblə ayaqlaşan qadınları eynəklərə üstünlük verirlər. Lakin onların eynəkləri də zinət əşyaları kimi daş-qaşla bəzədilmiş olur. Təbii ki, onlar tanınmış brendlərin eynəklərini seçirlər. İranlı qızların “instagram” bloqlarında istənilən zövqə uyğun çox mürəkkəb çərçivəli eynəklərə rast gəlmək mümkündür.
Kontur makiyaj
İranlı qızlar gözəlliyini konturlu makiyajla vurğulayırlar. Hətta havaların isti olması da onların həddindən artıq makiyaj etməsinə mane olmur.
Üslubun əsas elementi - hicab
İranlı qızların heç də hamısı qapqara hicaba bürünmürlər. Lakin yaylıqlar və şallar onların üslubunun ayrılmaz elementidir. İranlı qızların başına yaylıq bağlaması əxlaq rəmzi sayılır. Buna baxmayaraq, iranlı qızlar kifayət qədər açıq köynəklər və cırıq cinslər də geyinirlər. Yeri gəlmişkən, qeyd edək ki, yaylıq bağlamaq sənətində iranlı qızların tayı-bərabəri yoxdur.
Süni sarışınlar
Amerika və Avropa gözəllik standartlarının təsiri o qədər güclüdür ki, İranda qızlar şəvə kimi qapqara saçlarını dəb naminə heç düşünmədən saraldırlar. Sarı saçlarla iranlı qızların qara dərisi bir-biri ilə harmoniya yaratmasa da, dəb təqibçiləri bu məsələdə olduqca iddialıdırlar.
Bahalı avtomobillərdə selfi
İran modapərəstləri üçün bahalı avtomobildə şelfi çəkmək “Chanel” çanta və ayaqqabıları qədər vacibdir.
Aytən
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
ABŞ16 Avqust 18:36Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
-
Region16 Avqust 17:00İrəvan aeroportunda qadınların kütləvi davası oldu
-
MDB16 Avqust 16:36Binadan yıxılan 4 yaşlı uşaq sağ qaldı
-
Nida Xəbər 16 Avqust 16:28Səfir sabiq prezidentlə fotosunu paylaşdı - Bakıya gəlib (FOTO)
-
İdman16 Avqust 15:32Daha bir məşqçi müharibənin qurbanı oldu



































