Qadın
Hamilə xanımlar hansı kosmetik məhsullardan istifadə edə bilməz?
Hamiləlik dövründə makiyajı qadağan etmək doğru deyil. Çünki qadın həyatının hər mərhələsində daha gözəl görünmək istəyir. Lakin hamiləlikdə kosmetik məhsul seçimində xüsusilə diqqətli olmalısınız. Hamilə xanımlar kosmetik məsulların tərkibini nəzərdən keçirib sonra almalıdırlar.
Publika.az kosmetik məhsulların tərkibinə qatılan və hamilə qadınlara zərərli olan maddələrin siyahısını təqdim edir:
Paraben: Kosmetik məhsulların istifadə müddətini uzatmaq üçün onların tərkibinə "paraben" adlı maddə əlavə olunur. Aparılan araşdırmalar göstərir ki, paraben xərçəng əmələ gətirən maddələr siyahısındadır. Hormon balansında dəyişikliklərə yol açan parabenin ana bətnindəki körpəyə də zərər verdiyi təsdiqlənib. Paraben tərkibli məhsullardan hamiləlik dövründə uzaq durun.
Metilbenzen: Dırnaq məhsullarında istifadə edilən metilbenzen toksik maddədir. Hamiləlikdə immunitet sistemini bu cür mənfi təsirlərdən qorumaq üçün tərkibində həmin maddənin olduğu kosmetik məhsullardan imtina edin.
Ftalat: Lak və ətir kimi məhsulların tərkibinə qatılan ftalatların əsas xüsusiyyəti onların istifadə müddətini uzatmaqdır. Ftalatlar kimyəvi maddələr arasında yer aldığı üçün tərkibinə bu maddə əlavə olunmuş məhsullardan istifadə etməməlisiniz.
Formaldehid: Formaldehidlər saç baxım məhsullarının böyük qismində istifadə edilir. Bu maddə zəhərlənməyə yol açacağı üçün təbii saç baxım məhsullarından istifadə etmək sizi bu riskdən uzaqlaşdıracaq.
P-feniledediyamin: Xüsusilə, saç boyalarında və digər saç baxım məhsullarında istifadə edilən p-feniledediyamin zəhərlənmələrə səbəb olan və xərçəngə yol açan maddələrdir.
Aytən
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








