Qadın
Gözəlləşdirən bahar makiyajı - FOTOLAR
Baharın qədəmlərini qoyduğu bu dönəmdə dərinin mükəmməl görünməsi üçün bahar makiyajı haqqında bir neçə məsləhət verəcəyəm. Açıq tonlarda edilən bu makiyaj dəriyə gözəllik və təravət bəxş edir.
Xüsusən də yaz və ya qış mövsümündə nəmləndirici kremlərdən istifadə etmək əsas şərtdir. Yaz günəşindən qorunmaq üçün SPF tərkibli nəmləndirici krem çəkin.
Gözaltı qara ləkələri gizlətmək üçün korrektordan istifadə edin. Göz qapaqlarının üstündən qaşlara qədər və bütün göz çevrəsi korrektorla yaxşıca örtülməlidir. Korrektorun bilindiyi yerləri barmaq ucları ilə dağıdıb qüsursuz görünməsini təmin edin.
Nəmləndirilmiş dərini daha qüsursuz göstərmək üçün kirşandan istifadə edin. Yaz aylarında bronz kirşan daha məqsədəuyğun hesab olunur.
Makiyajın ən vacib hissəsi gözlərdir. Korrektorla düzəltdiyiniz gözlərə məna vermək və baxışları gücləndirmək üçün qələmlə haşiyəyə alın. Alt kirpiklərin dibinə çəkdiyiniz qələmi fırça ya da süngər yardımı ilə yüngülcə dağıdın.
Yaz ayları yağışlı keçdiyi üçün suya davamlı, kirpikləri güclü və həcmli göstərən tuşlardan istifadə edin. Göz kölgəsindən istifadə etməyəcəyiniz üçün tuşa xəsislik etməyə gərək yoxdur. Tuşu istədiyiniz qalınlıqda çəkərək gözlərin daha cazibədar görünməsini təmin edə bilərsiniz.
Yaz ayları ərzində parladıcını çantanızdan çıxartmayın. Çünki parıltılı dodaqlar bu mövsüm çox dəbdədir. Parladıcı dodaqları həm dolğun göstərir, həm də nəmləndirmək vəzifəsinin öhdəsindən gəlir.
Bahar ayları üçün nəzərdə tutulan bu makiyaj həm dərinin nəfəs almasına, dincəlməsinə kömək edəcək, həm də makiyaj çantasının ağırlığından xilas olacaqsınız. Bahar makyajı sizi gözəl göstərərkən, sadəliyin saf zarafətini də üstünüzə daşıyacaq.
Publika.Az
-
Magazin120:48“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Enerji20:36“Brent” markalı neft sürətlə bahalaşır
-
Nəqliyyat19:00AAYDA sədri onu özünə müşavir təyin etdi - FOTO
-
İKT17:34"YouTube"da problem yarandı: İstifadəçilər videoları aça bilmir
-
MDB17:08Rusiyada miqrantlarla bağlı sərt qərarlar: 100 min nəfər ölkədən çıxarıldı
-
Rəsmi xronika15:30İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
-
Avropa15:07Epşteyn qalmaqalına görə işdən qovuldu: Görün nə qədər təzminat aldı - Britaniyada ŞOK
-
Dünya13:56Britaniya istehsalı PUA-lar Rusiyaya zərbələrdə istifadə olunur - İDDİA














.jpg)












.jpg)










