Qadın
Qadınlar sevgilisinə ən çox bu yalanları danışır
Qadınlar hər zaman kişilərin yalan danışmasından gileylənir. Halbuki, qadınlar özləri də yalan danışmaqda kişilərdən geri qalmır. Hətta elə qüsursuz yalan uydururlar ki, ifşa etmək olmur. Ancaq yalan iki insan arasında mübahisəyə səbəb olur. Qadınların kişilərə söylədiyi, amma əsla qəbul etmədiyi yalanlardan bəziləri bunlardır:
Pul əhəmiyyətli deyil – Qadınların çoxu pula deyil, sevgiyə daha çox önəm verir. Çoxu da kişinin nə qədər pulu olduğunun onun üçün heç bir əhəmiyyəti olmadığını söyləyir.Ancaq maddi sıxıntılar qadınların gözləntilərinə əngəl olursa, həyat onlara zindan kimi görünər. Bu halda sevginin puldan üstün olduğunu demək düzgün deyil. Qadınların əksəriyyəti gələcəyinə dair planlar qurur və uşaqları üçün yaxşı gələcək arzulayır.
Ailəni çox sevirəm - Əlbəttə ki, həyat yoldaşının ailəsi ilə yaxşı keçinən, yola gedən qadınlar var. Amma həyat yoldaşının ailəsini bəyənməyən qadınlar bunu etiraf etmək yerinə, yalan danışır. Çünki kişilər bundan sözün əsl mənasında əsəbiləşə bilər.
Futbolu sevirəm – İdmana həvəsi olan, idman edən kifayət qədər qadın var. Lakin futbola nifrət edən qadınların sayı daha çoxdur. İlk görüşlərdə futbolu sevdiyini söyləyən qadınlar məcburən saatlarla futbol oyunlarına baxmalı olurlar. Buna görə də ilk görüşdə dürüst olun və futbolu sevmədiyinizi söyləyin.
Hər axşam yemək hazırlayıram – Qadınlar ilk tanışlıq vaxtlarında kişilərin xoşuna gəlməkdən ötrü yemək, təmizlik və başqa işlərdən şikayətçi olmadığını söyləyir. Amma bu yalanın üstü çox tez açılır. Çünki qadınlar üsyan edib ev işlərindən nifrət etdiyini bağıranda kişilər özlərini birdən-birə özünü kirli corablardan əmələ gələn dağlar arasında görür.
Mənim səhvim var – Siz heç günahkar olmadığınız halda sevgilinizdən üzr istədiniz? Bəzi qadınlar mübahisə etməmək üçün özü üzr istəməli olur. Bunu kişilər də edir. Çünki nə kişilər, nə də ki, qadınlar sevgilisi ilə dalaşmağı istəməz.
Qısqanc deyiləm – Qadınlar adətən sevgililərini başqa qadınlara, ya da dərgilərdəki seksual və cazibədar ulduzların fotolarına baxanda qısqanır. Qısqanclığını büruzə verməsələr də, çox qəzəblənirlər. Qadınlar çox zaman bunun qarşılığını eyni şəkildə verib kişilərin də qısqanması üçün əlindən gələni edir.
Mükəmməl idi – Demək olar ki, bütün qadınlar yataq otağında qarşı tərəf onu qane etməsə də, yalan deməli olur...
Qadınlar sevgilisinə ən çox bu 7 yalanı deyir. Bəziləri zərərsiz olduğu halda, bəziləri münasibətlərini korlaya bilər.
Publiaka.Az
-
Magazin101:41Şəbnəmin arxiv videosu yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
-
Magazin12 May 23:12Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Kriminal2 May 22:12Azərbaycanda toyda qan töküldü - Qardaşlar...
-
Region2 May 21:48Nərgiz Məhəmmədi həbsxanadan xəstəxanaya yerləşdirildi
-
İdman2 May 21:36Xanım azarkeşlər üçün forma hazırlandı - FOTO
-
Sosial2 May 21:00Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO
-
Magazin22 May 20:24Bülent Ərsoy reklam qonorarı ilə rekord qırdı
















.jpg)












.png)

.jpg)






