Qadın
Məşhur aktrisa: “Abort hər qadının haqqıdır” - FOTOLAR
“Amazonkada fırtına" və "İsmətin intiharı" filmləriylə tanınan və "Peggy Sue Got Married " ilə "Oskar"a layiq görülən Keyslin Törner Antalya Beynəlxalq Film Festivalında iştirak edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qadınlara dair gözlənilməz açıqlamalar verən dünya şöhrətli aktrisanın "Abort hər qadının haqqıdır" – deməsi səs-küyə səbəb olub.
Jurnalistlərlə görüşdə özünü "ABŞ-da yaşayan fəal" kimi təqdim edən Törner Amerikada insan azadlıqlarını və dini haqları qorumağa çalışdığını, Nyu-Yorkda 18 min yaşlı insana gündə 3 dəfə yemək verən bir qeyri-hökumət təşkilatına sədrlik etdiyini deyib.
Törnerin sözlərinə görə, abort hər qadının haqqıdır: “Amerikadakı dini qurumlar qadınların abort etməsinə mane olmağa çalışır. Lakin “Planned Parenthood” qadınların abort hüququnu müdafiə edən yeganə milli təşkilatdır. Bizim əqidəmiz çox sadədir, valideynlər dünyaya istənməyən uşaq gətirməli deyil. Abort qadının haqqıdır" - deyə bildirib.
Sözlərinə "Qatı feministəm" deyərək davam edən Törner qadınlar inkişaf etdikcə kişilərin hakimiyyətlərini itirməkdən qorxduğunu da vurğulayıb:
“Artıq Amerikada qadınlar təhsilə və karyeraya ciddi önəm verirlər, ailələrini də özləri saxlayırlar. Bu vəziyyət kişiləri qorxuya salır".
Kinoteatrlarda çox film izləmədiyini bildirən Keyslin Törner teatra getməyi və kitab oxumağı daha çox sevdiyini deyib. O, Antalya Film Festivalı kimi tədbirlər sayəsində müxtəlif ölkələrin filmləri ilə tanış olmaq şansı qazandığını, amma daha çox film izləmədiyi üçün utandığını da bildirib.
Fidan
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi


















.jpg)







.jpg)








