Qadın
Kişilər niyə ağıllı qadınları sevmir?
Psixoloqlar kişilərin ağıllı qadınlardan çəkindiklərini, qorxduqlarını deyirlər. Gündəlik həyatda müşahidə etdiklərimiz də bu faktı təsdiqləyir.
Bəs görəsən, bunun səbəbi nədir? Niyə zəkalı xanımlar kişiləri vahiməyə salır?
Publika.az bu sualın cavabını axtarıb:
Psixoloqlar kişilərin ağıllı qadınlardan çəkinmələrinin 4 əsas səbəbi olduğunu vurğulayırlar:
Özlərini üstün görmək istəyirlər
Neçə yaşında olmasından asılı olmayaraq, kişilərin çoxunu məntiq yox, eqo hissi idarə edir. Ona görə də kişilər gündəlik həyatda, işdə, ictimai yerlərdə özlərindən ağıllı, dərrakəli birini görəndə qıcıqlanmağa başlayırlar. Onlar rəqib xoşlamırlar. Hələ bu rəqib qarşı cinsdən olarsa, ümumiyyətlə, özlərindən çıxırlar. Kişilərin böyük bir qismi ağıllı qadınla birlikdə olmaqdansa, onların ağlını, zəkasını öyən, onlara dahi gözü ilə baxan saf qadınlarla münasibət qurmağa üstünlük verirlər.
İdarə etmək həvəsi
Ağıllı qadın münasibətdə bütün idarəni kişinin öhdəsinə buraxmır. Qərarların hər iki tərəfin iştirakı ilə verilməsini tələb edirlər. Ancaq kişilər narahatçılığı heç xoşlamırlar. Onlar özlərinə sərf edən qərarları verir, həmişə idarə etmək istəyirlər. Elə götürək avtomobili. Kişilərin öz avtomobilinə necə bağlandıqlarını, onu necə sevdiklərini bilməyən yoxdur. Psixoloqlar bunu da kişinin idarə etmək həvəsi ilə əlaqələndirirlər. Çünki avtomobil danışmır, fikir bildirmir, kişi sükanı hansı tərəfə çevirərsə, oraya gedir. Ağıllı qadını isə idarə etmək çətindir.
Dava-dalaş
Qadınla kişi arasında, əsasən, kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırarkən söz-söhbət yaranır. Kişilər özlərini üstün cins hesab etdiklərindən hər dava-dalaşda haqlı tərəf olduqlarını sanırlar. Qarşılarındakı ağıllı qadın olanda isə məntiqli suallara cavab tapa bilməyib geri çəkilməli olurlar. Bu isə onların eqosunu zədələyir.
Daim nəzarətdə
Ağıllı qadınla birlikdə olan kişi hər addımına diqqət etməli olur. Belə qadına yalan danışmaq, onu yola vermək mümkün deyil. Ağıllı həyat yoldaşına xəyanət etməyə hansı kişinin cürəti çatar? Hansı kişi etdiyi xəyanəti ağıllı qadından gizlədə bilər? Hər halda həyatı boyu əldə etdiklərini itirmək istəməz. Çünki öz haqqlarından xəbərsiz qadınların əksinə, ağıllı qadılar olduqca təhlükəlidirlər.
Ləman Sultan
Facebook səhifəmizdə mövzu ilə bağlı müzakirələrə qoşula bilərsiniz
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi


















.jpg)







.jpg)








