Qadın
Hamilə olarkən tərk edilən ulduzlar – FOTOLAR
Cazibədar ulduzların çoxu xoşbəxt ailə obrazı yaradıblar. Bir çox ulduzun 2-3 övladı, onu çox sevən həyat yoldaşı var. Ancaq elə ulduzlar da var ki, məşhur və zəngin olmalarına baxmayaraq, tərk ediliblər. Həm də adi vaxtda yox, hamiləlik dövrünü yaşayarkən.
Publika.az hamiləlik dövründə tərk edilən və övladını təkbaşına böyütməli olan dünya ulduzlarını araşdırıb:
Tom Bredi - Bricit Moynahan
Amerikalı futbolçu Tom Bredi iki il eşq yaşadığı model Bricit Moynahanı, hazırda dünyanın ən zəngin modellərindən olan Jizel Bündhenin məhəbbətinə görə tərk edib. Həmin hadisədən 2 ay sonra Bricit Bredidən 4 aylıq hamilə olduğunu açıqlayıb. Bredi keçmiş sevgilisinə geri dönməsə də, Bricit övladını dünyaya gətirib. Tom Bredi hazırda Jizel Bündhenlə evlidir.
Kevin Federlayn - Şar Cekson
Rəqqas Kevin Federlayn hamilə nişanlısı, aktrisa Şar Ceksonu atıb. Buna səbəb Kevinin Britni Spirsə aşiq olması idi. Kevin Britni ilə evlənib və ondan iki övladı dünyaya gəlib. Təəssüf ki, bu evliliyin də ömrü uzun olmayıb.
Haydi Klum - Flavio Briatore
Model Haydi Klum da hamilə ikən tərk edilən ulduzlardandır. Həyat yoldaşı, iş adamı Flavio Briatore ona iki qadınla xəyanət edib. Haydi Klum daha sonra müğənni Sil ilə ailə qurub. Sil modelin öncəki evliliyindən olan qızına da öz soyadını verib.
Meri-Luiz Parker – Billi Krudap
Hamiləlik dövründə arzuları puç olan məşhurlardan biri də aktrisa Meri-Luiz Parkerdir. Parker 7 aylıq hamilə ikən 8 il birlikdə yaşadığı sevgilisi Billi Krudap onu tərk edib. Billi “Stage beauty” filminin çəkiliş meydançasında tanıdığı aktrisa Kler Deynslə eşq yaşamağa başlayıb.
Deniz Riçardz - Çarli Şin
Aktrisa Deniz Riçardzın vəziyyəti isə bir az fərqlidir. O, həyat yoldaşı, aktyor Çarli Şindən boşanmaq üçün məhkəməyə müraciət edib. Üstəlik o, bu addımı 3 aylıq hamilə olduğu zaman edib. Deyilənə görə, onu, buna vadar edən Çarli Şinin xəyanətləri olub.
Ləman Sultan
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi


















.jpg)







.jpg)








