Qadın
Saçların karyeradakı rolundan xəbəriniz var? – FOTOLAR
Saç rənginin və düzümlərinin karyerada uğur qazanmağa təsir göstərdiyini bilirdinizmi?
Mütəxəssislər imici formalaşdıran ən böyük ünsürün saç olduğunu iddia edir. Bu səbəbdən, doğru saç forması ilə karyerada asanlıqla yüksəlmək mümkündür.
Publika.az karyeraya müsbət təsir edən saç stillərini təqdim edir:
Dünyaca məşhur ulduzların saç ustası Eşli Havyer karyera qurmaq üçün ən ideal saç stillərini belə sıralayır:
1. Qızılı saçlar
Məşhur moda mütəxəssisi, küçə dəbinin kraliçası Teylor Tomasi Hill qazandığı uğurlara məhz alovu xatırladan, qızılı saçları sayəsində qovuşub. Teylor saçlarını bu rəngə boyadıqdan sonra karyerasında sürətlə yüksəldiyini özü də etiraf edir.
2. Kare saç
“Vogue” jurnalının əfsanəvi rəhbəri Anna Vintur illərdir ki, eyni saç stilindən istifadə edir. Onun qısa, kare saçları bir çox xanımın məhz belə saç düzümünə müraciət etməsinə səbəb olub. Anna Vintur özünə yaraşan saç stilini tapıb, ondan daim istifadə etməyin həm karyeraya, həm də şəxsi həyata yaxşı təsir etdiyini deyir.
3. Yana ayrılmış saçlar
İllərdir ki, eyni saç stilindən istifadə edən ulduzlardan biri də “Friends” serialı ilə məşhurlaşan Cennifer Enistondur. Aktrisa yana ayrılmış, klassik düzümdəki saçlarından vaz keçməyi düşünmür. Bu saç stili Cenniferlə o qədər bütünləşib ki, hətta Amerikada saç ustaları bu düzümü “Cennifer Eniston saçı” adlandırır.
4. Tünd saçlar
Runi Mara, Leyton Mister kimi aktrisalar artıq böyüdüklərini və daha ciddi rollara çəkilmək istədiklərini göstərmək üçün saçlarını tünd rəngə boyamağa başlayıblar.
Bu həm də aktrisaların daha öncə rol aldıqları seriallardakı imiclərinin unudulmasına yardım edib.
5. Sarı saçlar
Beyons “Destiny's Child” qrubundan ayrılıb öz karyerasını qurmaq istəyəndə saçlarını sarıya boyatmışdı. Sarı saçların cazibəsindən Merilin Monro kimi ulduzlar da istifadə edib.
6. Qısa saç
Qısa saç kəsimləri hamıya yaraşmır. Ancaq üz cizgilərinizin qüsursuz olduğunu düşünürsünüzsə, bu saç düzümünə müraciət edə bilərsiniz. Hollivudun ən diqqətçəkən aktrisalarından olan Enn Hetuey saçlarını qısa kəsdirərək artıq romantik komediyalar əvəzinə, ciddi işlərdə rol almaq istədiyini elan etdi.
7. Uzun saçlar
Yaşından daha gənc görünmək istəyənlər isə uzun saça üstünlük verir. Cennifer Lopez, Salma Hayek və Sofiya Verqara kimi ulduzlar məhz uzun saç sayəsində həm gənc, həm də seksual görünürlər.
8. Kəkil
Kəkil saxlamaq da riskli addımdır, hər kəsə yaraşmır. Ancaq yaraşdığı insanların karyerada uğur qazanmasına kömək edir. Məsələn, aktrisa Zoui Deşanel digər ulduzlardan seçilməsində məhz kəkillərinin yardımçı olduğunu etiraf edir.
Ləman Sultan
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu
-
İdman10:18Restoranda görüblər: Yamal indi də bu gözəllə eşq yaşayır - FOTOLAR
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir
-
Ekologiya07:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər














.jpg)
















.png)

.jpg)





