Qadın
Cazibədar model ərinə öz evində xəyanət edir - FOTOLAR
Keçən il 40 yaşı tamam olan Heidi Klum dəb aləmində belə gözəl və cavan qalan nə ilk, nə də ki, son top modeldir. 1973-cü ildə anadan olan alman modeli Heidi Klum əsrarəngiz gözəlliyi ilə hələ də gündəmdədir. İllər, modelin gözəlliyindən heç nəyi almır, əksinə, onu daha da gözəlləşdirir. Bu gün “9 don” layihəsi çərçivəsində 4 uşaq dünyaya gətirən Heidi Klumun gözəllik rituallarından və şəxsi həyatı haqqında məlumatlar verəcəyik.
Seksual model uzun illər sübut edir ki, podiumu və ailəni birlikdə davam etdirə bilər. Heidi və Seal hər zaman nümunəvi cütlük hesab olunurdu. Onların adları Hollivudun ən yaxşı cütlükləri siyahısından düşmürdü. Musiqi kralı sayılan Seal ilə birlikdə 2012-ci ilin dekabrına qədər 4 uşaq tərbiyə edirlər. Lakin Klum onu dünyalar qədər sevən ərinə öz evində işləyən mühafizəçi ilə xəyanət edir. Əri bu hadisəni öyrənən kimi məhkəməyə boşanma üçün müraciət edir.
Həyat isə cazibədar modelin bu səhvini cəzasız qoymur…
“Mən, daxilimdə gündən-günə qasırğanın yaxınlaşdığını hiss edirəm. Dünya öz oxu ətrafında fırlanır, qasırğa bütün ətrafını əhatə edir, sən isə az qala dəli olursan. Bu çox ağırdır. Mənə elə gəlir ki, bəla həmişə gözləmədiyin anda və gözləmədiyin insandan gəlir. Bütün dünya elə hesab edir ki, aləmizdə hər şey qaydasında gedirdi. Biz bütün problemlərimizi hamının qarşısında müzakirəyə çıxarmayacaqdıq ki... Elə şeylər var ki, onlar haqqında danışmağa sənin ixtiyarın yoxdur. Bu barədə bir də heç vaxt şərh verməyəcəm... O, ağıllı insandır. Mənə elə gəlir, bizim əsas işimiz indi 4 övladımızı bütün neqativlərdən qorumaqdır”.
20 il əvvələ səyahət edək... Onun karyerası Tomas
Qottşalkın “Late-Night-Show”-da qalib olduqdan sonra 1992-ci
illərin sonunda başalayır. Gənc qız 25 qız arasından keçirilən
gözəllik müsabiqəsinin qalibi olur. Mükafat olaraq model agentliyi
ilə 300 000 dollarlıq müqavilə imzalayır. Bu qalibiyyətdən sonra
Düselldorfda dizaynerlik təhsilindən imtina edir və modellik
karyerasına start verir. 1993-cü ildə ABŞ-a köçür və həmişəlik
orada yaşayır.
Dünya şöhrəti isə modelə 1998-ci ildə “Sports İlllustrated”
jurnalının üz qabığında bikinili fotosu çıxdıqdan sonra gəlir.
Bundan əlavə, model “Victoria Secret”in mələklərindən birinə
çevrilir. Şöhrət əldə etdikdən sonra model 200-dən çox jurnalın üz
qabığında çəkilir və 33 şirkətin reklamına dəvət alır. Həmçinin
“ELLE” və “Vogue” kimi nüfuzlu jurnallarda da çəkilməyə başlayır.
Lakin Klum heç vaxt Parisdə, Milanda və Nyu-Yorkda keçirilən moda
həftələrinin model qrupuna aid olmayıb. Daha çox jurnallara poza
verən model soyunub şəkil çəkdirməkdən və ekstravaqant
fotosessiyalardan zövq alır.
Modellik karyerasından qazandığı pullarla özünün şirniyyat
mağazısını açır, parfum və aksessuarlarını buraxır. 2008-ci ildə
model “Forbes” jurnalına dünyanın ən varlı modellərdən biri kimi
düşür. 2012-ci ildə bu siyahıda model kimi adı çəkilmir. Çünki
artıq model kimi deyil, mediamaqnatı kimi fəaliyyət göstərməyə
başlamışdı.
Heidi Klum bir neçə filmdə də rol alıb. “Böyük şəhərdə seks”,
“Sənin ananla necə tanış oldum”, “Evdar qadının iztirabları”
filmlərində çəkilib. 2004-cü ildə Klum “Podium Şousu”nun həm
münsiflər heyəti, həm də produsserlərindən biri olur. 2006-cı ildə
Almaniyada keçirilən “Germany’s Next Topmodel” şosunun da münsiflər
heyəti kimi çıxış edir.
Heidi Klumun həyatında nə az, nə çox düz 5 sevgilisi
olub...
Heidi Klum iki dəfə evli olub. Birinci əri amerikalı stilist və saç
ustası Pik Pipino olur. Onlar 1997-ci ildən 2002-ci ilə kimi evli
olurlar. Bu evlilikləri mətbuatdan gizli saxlanılsa da, hamı
onların 2 mərtəbəli evdə birlikdə yaşadığını bilirdi. Daha sonra,
model “Red Hot Chili Peppers” qrupunun rəhbəri Entoni Kids ilə
görüşür. Onların sevgi münasibətləri cəmi bir il çəkir.
Entonidən milyarder Flavoi Briatore görə ayrılır. Model ondan yaşca çox kiçik olsa da, tez-tez axtardığı kişini tapdığını deyirdi. “Flavio çox xarizmatik kişidir. Xarizma isə hər kişidə olmur, kişini yaraşıqlı, özəl edən məhz onun xarizmasıdır”. Bir il keçdikdən sonra onlar nişanlandığını və toya hazırlaşdığını mətbuata açıqlayırlar. Lakin toy hazırlıqları yarımçıq qalır. Deyilənlərə görə, model milyarder nişanlısına onun varisi ilə xəyanət edir. Klum Flavio Briatoredən hamilə qalır. Xarizmatik milyarder isə uşağı qəbul etmir və ondan olmadığını söyləyir. Bundan sonra, Klum romantik və nəzakətli, musiqi kralı sayılan Seal ilə görüşür. Onlar 2005-ci ildə evlənirlər. Seal modelə o qədər vurulur ki, centlmenlik göstərərək başqa kişidən olan uşağı da övladlığa qəbul edir.
“Sealı ilk dəfə görəndə qəmgin gözləri və kədərli üzü
diqqətimi çəkir. Evlilik təklifi etdiyi gün özümü dünyanın ən
xoşbəxt qadını hesab edirdim. Məni təyyarə ilə gətirdilər. Otaqda
hər yerə qırmızı gül ləçəkləri səpilmişdi. Kənarda isə gitara və
şərab var idi. Seal əvvəlcə mahnı oxudu, sonra isə qarşımda diz
çökdü və evlilik təklifi etdi. Bu günü heç vaxt
unutmayacam...”
Seal ilə uzun müddət və xoşbxt evliliyi olan model Heidi Klum
“Glamour” jurnalına bu haqda danışır. Klum həyat yoldaşı ilə
aralarındakı ehtirası qoruyub saxlamaq üçün çox güc sərf etdiyini
söyləyir. 48 yaşlı həyat yoldaşına hələ də aşiq olan model yatarkən
belə onun çox seksual olduğunu deyib. “O çox yaxşı insandır,
səhnədə izləyərkən ərimlə qürur duyuram. O, ancaq mənimdir!” Lakin
Hollivudun nümunəvi hesab etdiyi cütlük 2012-ci ilin qışında
ayrılırlar. Klumun Seala öz mühafizəçi ilə xəyanət etdiyi üzə
çıxır. Cütlük bundan sonra, boşanma qərarı verir.
Yaşına baxmayaraq, hələ də gənc bir görünən və möhtəşəm bədən
quruluşana sahib olan Heidi Klum haqqında bilmədikləriniz…
Heidinin 40 yaşı olsa da, 4 uşaq anası olduğuna inanmaq olduqca
çətindir. Çünki bu gün də 13 il əvvəl “Sports Illustrated”
jurnalına poza verən halından heç bir fərqi yoxdur. Cavan
qalmağının sirri isə çox bəsitdir. Dayanmadan hərəkət edir, sağlam
qidalanmağa çalışır. Həm də o dəb aləmində alkoloq vərdişləri
olmayan nadir gözəllərdən biridir. Klumun özünə məxsus qidalanma
rejimi var. Uzaq yerlərə gedən zaman yanında mütləq meyvə və
tərəvəz, ya evdə sıxılmış təzə meyvə suları aparır.
Əgər özü ilə birlikdə bunları aparmağı unudub və çox acıbsa,
pizza restoranına baş çəkir. Klum arada bir qaydaları pozmaqda
zərər olmadığı deyir. Klumun stili ilə də bağlı öz qaydaları var.
Yeni il ağacı kimi görünməyin təbiətində olduğunu deyən model iri
aksessuar taxmağı sevir. Bir-birindən tamamilə fərqlənən paltarlar
və aksessuarlar istifadə edən model ancaq bir detalla seçilməyə
çalışır. Məsələn, geyimi çox sadədirsə, saçını və makiyajını
qabardır.
Feminen və çiyinlik detalları bir arada istifadə etməyi sevən model bu özəlliyini buraxdığı “Shine by Heidi Klum” ətirinə də təsir edib. Parfumun içərisində olan bibər dənələri Heidinin kişi, zambaq çiçəyi isə qadın tərəfini ön plana çıxarır. Yəni, bu qoxu nə çox şirin qadın, nə də ciddilik təəssürutı yaradan kişi qoxusudur…
Hər il mütləq kəkil tərzi ilə qarşımıza çıxan Klum istər çənə də
bitsin, istərsə də yana daranmış olsun, kəkil sahəsində mütəxəssis
olduğunu deyir.
Klumda eyni ilə bir çox qadınlar kimi kirpiklərini burmağı
xoşlayır. “Plastik kirpik buranların kirpiləri tökmə ehtimalı
yüksəkdir. Kirpiklərinizə diqqət göstərməli və onlar üçün ən yaxşı
məhsulu tapmalısınız. Gözəlliyinə məsuliyyətsiz yanaşan qadınları
anlaya bilmirəm...”
Göz kölgəsi - Cəlbedici baxışlara sahib olmaq istəyəndə mavi rəngə, daha təbii və sadə görünmək istəyəndə isə çəhrayı rənglərə üstünlük verir. Gündəlik həyatından makiyajdan uzaq duran alman modeli makiyajda güclü kontrast oyunlarını sevir. Özəl günlərdə qəhvəyi gözlərini qara qələmlə vurğulayır. Makiyajda ən çox sevdiyi detal isə qəhvəyi göz kölgələridir. Çəhrayı ənlik üzünə canlılıq qatır və təravətli göstərir. Dodaqlarını günəş tonları və alqırmızı ilə parlatmağı sevir. Dağınıq saç modelinə üstünlük verən modelin dırnaqlarına metalik tonlar yoldaşlıq edir.
Model diş sağlamlığına xüsusi diqqət edir. Bütün qadınları da ağ
dişlərə sahib olmaq üçün onları gündə iki dəfə fırçalamağı tövsiyə
edir. “Dişlərimi fırçalamaq üçün vaxtım olmasa belə, onlara təravət
bəxş etmək üçün xüsusi diş saqqızları çeynəyirəm”.
Saatlarla çəkən fotosessiyalar, çəkilişlər ağır makiyaj tələb
edir. Bu isə modelin dərisinə təsir edir, donuqlaşdırıb cansız
göstərir. Dərisinin daha gözəl olması və məsamələri sıxlaşdırmaq
üçün dəriyə enerji verən spreylərdən istifadə edir.
3 doğuşdan sonra qısa zaman ərzində əvvəlki formasına qayıdan və
4-cü uşağa hamilə qalan model doğumda sonra necə arıqladığının
sirrini açıqlayır. “Victoria Secret"in mələklərindən biri və 2
uşağını dünyaya gətirdikdən 2 ay sonra podiuma çıxan model bunun
üçün heç nə etmədiyini, əvəzində isə ev işləri maraqlandığını və
uşaqları ilə parkda çox gəzdiyini deyir. “Doğuşdan sonra əvvəlki
formama qayıdanda özümü xoşbəxt hiss edirdim. Çünki qarderobumun ən
yaxşılarını geyinə bilirdim”. İncə görünmək üçün korset istifadə
etməyən, ciddi pəhrizlər saxlamayan model sağlam qidalanır. “Bu
vaxta qədər heç vaxt pəhriz saxlamamışam, ancaq divanda uzanıb
bütün günü müxtəlif şirniyyatlar və çərəzlər yeməmişəm. Düşünürəm
ki, hər şeyin dadına bir az baxmaq lazımdır.
Çərəzlərə və şirniyytalara yox!
4 uşaq anası olan alman modeli şirniyyatlardan və fast -foodlardan
uzaq gəzir. Hər naharda yeməyin yanında mütləq yaşıl salat yeyən
Klum, donuz basdırmasından vaz keçə bilmir. Bunu da alman olması
ilə izah edir. Artıq neçə ildir ki, donuz basdırmasından başqa ət
yeməməyə diqqət edir. Müntəzəm olaraq idmanla məşğul olur. Bütün
modellərin ortaq gözəllik bir sirri var. O da gün ərzində bol su
içməkdir. Klum da bu rituala əməl edir.
Heidi Klumun gözləri xırda olsa da, ecazkar görünməyi bacarır. Sizin də onun kimi xırda gözləriniz varsa, içinə ağ karandaş çəkin. Bu üsul kiçik gözlü xanımların gözünü iri göstərəcək.
AYTƏN
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO