Qadın
Bərgüzar Korel 6 valehedici obrazda – FOTOLAR/VİDEO
Aktrisa Bərgüzar Korel "MediaCat" jurnalının üz qabığına çəkilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa yeni fotosessiya üçün 6 müxtəlif obraza bürünüb. O, yunan ilahəsi, Kleopatra, geyşa, 20 və 50-ci illərin dəbinə uyğun olaraq fərqli imiclərdə poza verib.
Mənim üçün gözəllik zəriflikdir
Korel çəkilişdən sonra jurnalistin qadın gözəlliyi haqqında suallarını cavablandırıb:
“Hər dövrün gözəllik anlayışı fərqlidir, lakin mənim üçün əsl gözəllik zəriflikdir. 1920-ci illərdən 40-ci illərə qədər əhatə edən dövr qadınların ən zərif olduğu illərdir”.
Səmimi təbəssüm
Cazibədar aktrisa təbəssümün qadın gözəlliyindəki əhəmiyyəti haqqında danışıb:
“Gözəllik deyəndə ağlıma səmimi təbəssüm gəlir. Gözlərinin içi gülən, özünəinamlı və səmimi bir qadının həyatda əldə edə bilməyəcəyi heç bir şey olmadığını düşünürəm".
Özünəimanlı qadın
Bərgüzar Korel müsahibəsində qadınların son illərdə gözəllik uğrunda həyatlarını riskə ataraq plastik əməliyyatlar etdirməsinə də münasibət bildirib:
"Özünəinamlı qadınlar gözəlliyi ilə bağlı heç bir kompleks keçirmir. Güman edirəm ki, insan öz üstünlüklərini bilməli, özünə güvənməli, bütün qüsurlarını və özünü olduğu kimi sevməlidir. Yalnız bu halda kompleksdən uzaqlaşmaq mümkündür.
Sosial şəbəkələrdə filtrsiz həştəqi ilə şəkil paylaşanlar belə təbii deyil!
B.Korel şəklini müxtəlif proqramlar vasitəsilə dəyişdirib sosial şəbəkələrdə paylaşanlar barədə danışıb:
“Sosial şəbəkələrdə “nofilter” (filtrsiz) həştəqinin də təbii olmadığını düşünürəm. Bu həştəqlə belə insanlar başqalarının diqqətini cəlb etmək istəyir. Təbiisənsə, bunu niyə xüsusi vurğulayasan? Təbii insanın təbii görünmək kimi dərdi olmaz. Bu səbəbdən, müasir dövrdə gözəlliklə bağlı bir sıra problemlər var”.
Aytən
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















