Qadın
Cennifer Lopezin cazibədarlıq sirri: alkoqola yox, kələmə hə!
46 yaşlı pop diva “US Weekly” jurnalına verdiyi açıqlamada formada qalmasının sirlərindən danışıb.
Publika.az xarici mətbuata istinadən bildirir ki, Lopezin sirri elə də mürəkkəb deyil.
Məlum olduğu kimi Ceylo 46 yaşında olsa da, mükəmməl formada qalmağı bacaran nadir ulduzlardandır. Bunun üçün o, bir çox üsullara əl atır. Ümumiyyətlə, onun rejimi üçün dəmir iradə tələb olunur. Ulduzun gözəllik qaydalarına idman, sağlam qidalanma, alkoqol və əyləncə gecələrindən mümkün qədər uzaq durmaq daxildir:
“İçmirəm, çəkmirəm və kofeindən istifadə etmirəm. Yaş artdıqca bu, ilk növbədə dəridə özünü göstərir. Günəş vannasını tez-tez qəbul etmirəm. Qaralmaq istəyəndə günəşin ultrabənövşəyi şüalarından qorunmaq üçün dərimə SPF tərlkibli çoxlu krem çəkirəm. Günəşin altında çox az dayanıram, ona görə də dərim yaxşı qalıb”.
Lopez göyərti və tərəvəzlərə olan sevgisini də etiraf edib:
“Biz çoxlu brokkoli, kahı və kələm yeyirik”.
Seksual ulduz gözəllik üçün yuxunun da böyük rolu olduğunu bildirib. Gərgin qrafiklə işləyəndə sutkada 10 saat yatmağa çalışdığını da deyib. Müğənninin ideal formada qalmasının əsas sirri, sözsüz ki, idmandır. O, demək olar ki, idman zalında saatlarla məşq edir. Üstəlik, onunla məşğul olan iki məşqçisi var:
"Nyu-Yorkda olanda Devid Kirşemlə işləyirəm. Los-Ancelesdə isə mənimlə Treysi Anderson məşğul olur. Onların verdiyi proqramı yerinə yetirmək çox xoşuma gəlir”.
Cennifer üçün mənəvi rahatlıq da önəmlidir. Belə ki, ulduz stressdən uzaq olmaq üçün gündə 20 meditasiya edir.
Aytən
-
Magazin208:24Conni Deppə şok: Cek Sərçə yeni filmdə ikinci plana keçirilir
-
Sosial07:55Şuşanın kəndlərinə köç karvanları yola salındı
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
Sosial16 Avqust 20:04Azərbaycanın iki rayonuna Bakıdan axın başladı



































