Qadın
Rihanna: “Kişilərin cəsarət haqqında anlayışları belə yoxdur” – FOTOLAR
Barbadoslu gözəl, məşhur müğənni Rihanna qarşısına çıxan hər kişi ilə sevişmir. Publika.az xəbər verir ki, müğənni “Tatler” jurnalına verdiyi müsahibədə belə deyib. Müsahibədə kişilərlə bağlı məqamlar xüsusi diqqət çəkib.
Bir gecəlik görüş haqqında: "Bu mənə lazım deyil. Əgər istəsəm, məni kim saxlaya bilər? Sevirsənsə, bu, başqa məsələ, lakin səhər duranda özümü axmaq kimi hiss etmək və zibilə düşmək istəmirəm. Əlbəttə ki, seks istəyirəm. Amma hər qarşıma çıxanla da görüşə bilmərəm”.
Şöhrətin təsirləri haqqında: "Hərdən hər hansı klubda biri ilə söhbət edirsən. Səhəri gün onun sevgilin olduğu haqqında xəbərlər çıxır. Mətbuatda hadisələr elə yazılır ki, o barədə özün belə kiməsə danışmağa çəkinirsən. Kiminsə yanında dayanmaq belə qəbahətdir! Əgər hansısa bir tədbirdən sonra kiminləsə münasibətdə olduğum xəbərləri haqqında eşidirəmsə, onunla bütün əlaqələri kəsirəm. Ehtiyatlı olmaq lazım gəlir. Bunu dərk edənədək o qədər səhv etmişəm ki...”
Müasir kişi haqqında: "İndiki oğlanların həqiqi cəsarət haqqında anlayışları belə yoxdur. Onlara elə gəlir ki, əgər sən qadına yer vermisənsə, çox nəzakətli, yaxud da maymaq kimi görünürsən. Belə düşüncə iyrəncdir! Onlar kiminsə gözündə zəif görünməmək üçün özlərini başqa cür aparırlar. Bununla kimsə barışa bilər, amma mən yox! Hətta sonsuza qədər gözləməli olsam da, inanıram ki, nə vaxtsa, mənə də dəyər verən kişi tapılacaq.
Münasibətləri barədə: "Mən münasibətlərdən qorxuram, çünki günahkar olmaq istəmirəm. Bir tərəfdən o insana hər məsələdə bel bağlamaq, ona tamamilə etibar etmək istəyirəm, digər tərəfdən də, özüm ona layiq olduğu diqqət və dəyəri verə, eləcə də, vaxt ayıra bilməyəcəm. Reallıq budur, iş qrafikim çox gərgindir".
Tənhalıq barədə: "İndi həyatıma heç kəsi buraxmaq istəmirəm. İşlərim başımdan aşır, buna vaxtım yoxdur".
Xəyalındakı kişi obrazı haqqında: "Bu yüz faiz qeyri-adi adam olmalıdır. Əsl centlmen kimi səbirli olmalı, təmkinli davranmalıdır. O, gözləmədiyim anda gəlib çıxmalıdır. İndi isə belə hadisənin baş verməsini arzulamıram!”
Aytən
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu
-
İdman10:18Restoranda görüblər: Yamal indi də bu gözəllə eşq yaşayır - FOTOLAR
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir
-
Ekologiya07:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər














.jpg)
















.png)

.jpg)





