Qadın
Yeni ana olanlar nə yeməlidirlər? – Ən faydalı qidalar
Yeni ana olan qadınlar yedikləri qidaların həm öz sağlamlıqları, həm də körpənin səhhəti üçün faydalı olmasına diqqət etməlidirlər. Belə ki, onlara ana südünü artıran qidalara üstünlük vermələri məsləhət görülür.
Publika.az yeni ana olanlar üçün ən faydalı qidaları təqdim edir:
Yumurta
Yumurtanın tərkibində olan D vitamini körpənin sümüklərinin möhkəmlənməsinə, kolin maddəsi isə gələcəkdə güclü yaddaşa sahib olmasına kömək edir. Odur ki, gündə 1-2 yumurta yemək vacibdir.
Yulaf
Yulaf ana südünü artırır. Doğuşdan sonra müşahidə edilən qəbizliyin qarşısını alır. Yulafı süddə bişirib bal, zəfəran və ya təzə meyvələrlə dadlandıra bilərsiniz.
Qızıl balıq
Balığın tərkibindəki maddələr körpənin sinir sistemi üçün faydalıdır. Zülal və B12 vitamini mənbəyi olduğundan, doğuşdan sonra yaranan depressiyanın qarşısını alır. Həftədə iki dəfə balıq yemək məsləhətdir.
Qəhvəyi düyü
Südü artırır. Ananın gün ərzində enerjili olmasını təmin edir. Yorğunluq və halsızlığın qarşısını alır.
İspanaq
A vitamini ilə zəngin olan bu tərəvəzin tərkibində fol turşusu olduğu üçün doğuş zamanı itirilən qanı orqanizmə geri qazandırır. Çünki ispanaq qan hüceyrələrini artırır. Ana südünü artırmaq üçün də ispanaqdan istifadə etmək məsləhətdir.
Süd
D və B vitaminləri, həmçinin zülalla zəngin olduğu üçün həm ana, həm də körpə üçün çox əhəmiyyətli qidalardan biridir.
Süd içən ananın səhhəti sürətlə yaxşılaşır, bu da körpəyə birbaşa təsir edir. Südü ilıq halda içmək lazımdır.
Gündə 2 stəkan süd içmək kifayətdir.
Badam
E vitamini ilə zəngin olan qidalardan biridir. Ana və körpənin səhhəti üçün yararlı yağlar ehtiva edir. Ana südünü artırmaq üçün gündə 4-6 ədəd badam yemək məsləhət görülür.
Razyana
Ana südünü ən tez artıran bitki hesab edilir. Qarında hiss edilən sancıları azaldır. Bir qaşıq razyana toxumunu 4 stəkan suya töküb 5 dəqiqə qaynadın. Suyu süzüb gün ərzində yeməklərdən 1 saat sonra için.
Ləman Sultan
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı



























.jpg)









.jpg)