Qadın
Milyonlarla dəyəri olan sevgi etirafı - FOTOLAR
Sevgini pulla almaq mümkün deyil, lakin hisslərin sübutu kimi nişan üzüyü almaq olar. Bildiyimiz kimi, nişan üzüklərinin qiyməti də müxtəlifdir...
Məsələn, Ben Afflek 2003-ci ildə qərara aldı ki, onun Cennifer Lopezə olan məhəbbəti ən azı bir milyon dollardır. O, sevgilisinə “Harry Winston” zərgərlik evindən çəhrayı brilyant daşla işlənmiş nişan üzüyü bağışlasa da, toy baş tutmadı. Bir neçə ildən sonra Ben Afflek Cennifer Qarnerə yeddi karatlıq brilyant daşlı üzük hədiyyə etdi!
Xarici mətbuatın yazdığına görə, Cenniferlə Beyonsun nişan üzüklərinin dəyəri, təxminən, 5 milyon dollardır! Yeri gəlmişkən, Beyonsun brilyant qaşlı nişan üzüyü 18 karatdır. Hollivudun ən bahalı nişan üzükləri onlarda olduğu üçün bu iki gözəl sevgililərinin hədiyyəsi ilə, sözü əsl mənasında, fəxr edir.
Publika.az xəbər verir ki, Meray Kerinin milyarder sevgilisi bu rekordu təzələyib.
Avstraliyalı milyarder Ceyms Parker Meray Keriyə 35 karatlıq üzük hədiyyə edib. Parker sevimli xanımına dəyəri 7 milyon 500 min dollar olan təkqaş brilyant üzük hədiyyə edib.
Dünya ulduzlarının üzüklərinin qiymətlərinin siyahısını təqdim edirik:
Cennifer Lopezin nişan üzüyü 1,5 milyon dollar, Siaranın 15 karatlıq nişan üzüyünün dəyəri yarım milyon dollar, Meray Kerinin 35 karatlıq nişan üzüyünün dəyəri isə 7,5 milyon dollardır!
Ketrin Zeta-Consun nişan üzüyü bir milyon, Riz Uizerspunun nişan üzüyü 250 min, Beyonsun 18 karatlıq nişan üzüyü 5 milyon, Paris Hiltononun 24 karatlıq nişan üzüyü 4,7 milyon, Keyt Hadsonun nişan üzüyü 200 min, Fercinin nişan üzüyü 75 min, Nikol Kidmanın üzüyü 45 min, Mayli Sayrusun nişan üzüyü 100 min, Holli Berrinin üzüyü 200 min, Enn Heteuey nişan üzüyü 150 min, Cennifer Enistonun 10 karatlıq nişan üzüyü 1 milyon, Natali Portmanın üzüyü 35 min, Haydi Klumun nişan üzüyü 150 min, Hillari Daffın nişan üzüyü 1 milyon, Cessika Bilin üzüyü 130 min və nəhayət, Orlando Blumun Miranda Kerə bağışladığı nişan üzüyünün dəyəri isə 450 min dollardır!
Aytən
-
Magazin208:24Conni Deppə şok: Cek Sərçə yeni filmdə ikinci plana keçirilir
-
Sosial07:55Şuşanın kəndlərinə köç karvanları yola salındı
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
Sosial16 Avqust 20:04Azərbaycanın iki rayonuna Bakıdan axın başladı



































