Bu qadınları sevməmək mümkün deyil! – FOTOLAR
Bizi izləyin

Qadın

Bu qadınları sevməmək mümkün deyil! – FOTOLAR

Bəzi insanlar cavan qalmaq üçün bütün vasitələrə əl atdığı halda, digərləri öz yaşını sevinclə qəbul edir, zamanı saxlamağa cəhd etmək əvəzinə, hər andan zövq alırlar! Bu cazibədar xanımlar öz timsalında sübut edir ki, illər qadına qarşı qəddar olsa da, gözəl qocalmaq mümkünsüz deyil. Axı gözəllik yaşdan asılı deyil...

Publika.az-ın bu yazısında yaşı 60-ı haqlayan dünya ulduzlarının gözəlliklə bağlı fikirlərindən bəhs etmişik.

Meril Strip, 66 yaş

Meril Strip, həqiqətən, möhtəşəm qadındır. Aktrisanın 66 yaşı var, lakin o, özünü hələ də xoşbəxt hiss edir. Buna görə də, ildən-ilə daha da gözəlləşir. Meril plastik əməliyyatları qətiyyən qəbul etmir, üstəlik, botoks etdirən qadınların gülünc göründüklərini söyləyir:

“Bu, hər kəsin şəxsi işidir. Mən başa düşürəm ki, qocalmaq üzücüdür, xüsusilə, qadınlar üçün. Amma üzü dartılmış, botoks etdirmiş insanlar gülməli görünür. Los-Ancelesdə belələri çoxdur. Bunu sadəcə başa düşmürəm. Qocalığı normal hal kimi qəbul etməliyik. Həyat dəyərlidir".

Syuzan Sarandon, 69 yaş

Bu il 70 yaşı tamam olan aktrisa da Meril Strip kimi, əldən gedən cavanlığı saxlamağa cəhd etməyin axmaqlıq olduğunu zənn edir:

"60 yaşdan sonra 22 yaşında görünməyə çalışmaq düzgün deyil. Hər bir insanın öz istədiyini etməyə haqqı var, lakin kinoya çəkilən bir adam botoks haqqında necə düşünə bilər?”

Aktrisa öz həyatını doyunca yaşayır. Məsələn, o, özündən 30 yaş kiçik kişi ilə uzun müddət sevgili olub:

"Gənc aktrisalara bunları məsləhət görürəm: siqareti atın, ancaq xoşunuza gələn işlə məşğul olun və üzünüzü güldürən adamlarla ünsiyyət qurun!”

Helen Mirren, 70 yaş

Mirren əsl aristokratdır. Onun öz bədən quruluşu və geyim üslubu ilə öyünməyə tam haqqı var. Aktrisa yaşından utanmır. Helen Mirren bu yaşda belə, açıq fotosessiyalar etdirir, cəsarətlə çılpaq səhnələrə çəkilir.

Britaniyalı aktrisa plastik əməliyyat pərəstişkarı deyil:

"Düşünürəm ki, insanlar onu xoşbəxt edən hər şeyi etmək imkanına malik olmalıdır. Amma gənc qadınların bədəninin gözəlliyini plastik cərrahların xidməti ilə korlamasını heç cür başa düşə bilmirəm".

Dayan Kiton, 69 yaş

Dayan ən çox tələb olunan aktrisalardan biridir. "Oskar" sahibi və iki uşaq anası iddia edir ki, bu vaxta qədər bir dəfə də olsun, plastik cərraha müraciət etməyib:

"Bəlkə də, üzümdə hansısa dəyişiklik edərdim. Lakin yaş ötdükdən sonra bir əməliyyat kifayət etmir və insanın sifəti tamamilə dəyişir!”

Ceyn Fonda, 77 yaş

Ceyn Fonda isə əksinə, plastik əməliyyatlar etdirir və bunu gizlətmir. Aktrisa bir neçə dəfə plastik əməliyyat etdirməyəcəyinə dair söz versə də, sözünün üstündə durmayıb. Sonda, Ceyn əməliyyat etdirmədən dayana bilmədiyini etiraf etməli oldu. O, özünü hiss etdiyi yaşda görmək istəyir:

"Mən qocalmaq haqqında kitab yazıram, bu səbəbdən, etdirdiyim plastik əməliyyatları gizlədə bilmərəm. Nə edim, qırışlardan, göz ətrafı torbalardan xilas olmaq istəyirəm...”

Katrin Denyov, 71 yaş

Füsunkar fransız aktrisası öz yaşını sevir. O, gəncliyi saxlamağın mümkün olmadığını yaxşı başa düşür:

"Qocalmaqdan qorxmuram. Zənnimcə, 40 yaşlı qadın nə etdirməsindən asılı olmayaraq, kiminsə onu 20 yaşlı gənc qız kimi qəbul edəcəyinə inanmaz”.

Ara-sıra xarici mətbuat aktrisanın əməliyyat etdirdiyini yazır. Bu düz olsa belə, fransız gözəli heç vaxt həddini aşmır. Hər halda, onun üz cizgiləri təbii və gözəl görünür.

Cessika Lenq, 66 yaş

Lətafətli Cessika əsl gözəllik, zəriflik nümunəsidir. Aktrisa, fotoqraf, üç uşaq anası və “Oskar” sahibi ötən il “Marc Jacobs” kosmetika brendinin siması oldu. O, yaşını sakitcə və sevinclə qəbul edir. Qırışlar onu utandırmır.

Cessika bir vaxtlar plastik əməliyyatların fəal əleyhdarı idi. Buna baxmayaraq, bəziləri onun bir neçə kosmetoloji müdaxilə etdirdiyini iddia edir. Mütəxəssislərin fikrincə, son bir neçə ildə aktrisa gözlərinin qırışlarını aradan qaldırıb, almacıq sümüklərinin forması dəyişib:

"Beyni yuyub təmizləmək istəyən adamlara dəhşətli dərəcədə nifrət edirəm. Kosmetika şirkətləri insana sanki onda olanlarla kifayətlənməməyi öyrədir. İnsanlar artıq öz gözəlliyini qiymətləndirə bilmir!"

Cudi Denç, 80 yaş

Son dərəcə cazibədar Cudi Denç Hollivud standartlarına uyğunlaşaraq, özünü gənc göstərməyə çalışmır. Bununla belə o, çox gözəldir. Britaniyalı aktrisanın 80 yaşında olmasına inanmaq çətindir.

Cudi Denç heç vaxt plastik əməliyyat etdirməyib, bunda sonra da fikrini dəyişmək niyyətində deyil. Bu qadın öz cizgiləri ilə fəxr edir və əmindir ki, qocalıq təbii olmalıdır. Buna görə də, onu sevməmək mümkün deyil!

"Plastik əməliyyat barədə düşünmüşəm, amma bunun üçün artıq çox qocayam”.

Kristi Brinkli, 60 yaş

Deyəsən, Kristi Brinklinin cavanlıq cövhəri var və ya qəlbini iblisə satıb. Məsələ ondadır ki, o, yaşından iki dəfə gənc görünür. Bunu isə o, genetikasına borcludur.

"Mən heç vaxt plastik əməliyyat etdirməmişəm, lakin qocalma prosesini ləngidən bir çox digər proseduralardan keçirəm. Ayda bir dəfə dermatoloqa müraciət edir, baxımlı olmağa çalışıram".

Onun gənc qalmasının daha bir sirri isə həyata münasibəti və gözəl təbəssümüdür. Briklin gənc görünmək istəyən xanımlara müdrikcəsinə deyir:

“Tez-tez gülümsəyin! İnanmıram ki, yaş məni xarakterizə edə bilər. Hesab edirəm ki, insanın özünü hansı yaşda hiss etməsi çox böyük rol oynayır”.

Siqurni Uiver, 66 yaş

"Yad" filminin ulduzu təbii qocalır. Siqurni Uiver etiraf edirdi ki, illərin onun üzündə qoyduğu izlər xoşuna gəlir. Belə ki, o, həm plastik cərrahlardan, həm də botoks inyeksiyalarından yan qaçır. Öz gözəllik sirlərini isə düzgün qidalanma, idman və sekslə əlaqələndirir. Aktrisa yaşını sevinc hissi ilə qarşılayır:

"Plastik əməliyyatlar mənlik deyil. Üzüm mənim üçün rəsm kətanıdır. Düşünürəm ki, o, indi xeyli maraqlı görünür”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm