Qadın
Milyonlarla qızın arzuladığı bəxt üzüyü – FOTOLAR/VİDEO
Bu il məşhur "Tiffany Setting" üzüyünün 130 yaşı tamam olur. Zərif cinsin bir çox nümayəndələri də romantik evlilik təklifini məhz bu üzüklə edilməsini arzulayır. Bu model dünyada ən populyar nişan üzüyü sayılır.
Brend yubiley şərəfinə kult üzüyə həsr olunmuş xüsusi reklam kampaniyası buraxıb.
Publika.az xəbər verir ki, "Tiffany & Co" şirkətinin yubiley şərəfinə hazırladığı reklam videoçarxı və fotoşəkillərdə bəzək əşyasının yaradılması prosesi və tanınmış zərgərlərin işi təsvir olunub.
Reklamın əsas qəhrəmanları da gözəl bəzək əşyaları yaradan tanınmış sənətkarlardır. Videodan aydın görünür ki, istedadlı zərgərlər hər bir işi əllə görür. Zərgərlər üzüyü eynilə 130 il bundan əvvəlki standartlarına uyğun olaraq, yüksək keyfiyyət və mükəmməl səviyyədə hazırlayırlar.
Yubiley reklam kampaniyasının şüarı belədir: "I will" ("Mən olacam").
Baş gemmoloq Melvin Kertli dünyadakı ən yaxşı almazların 99,96 faizini rədd edir: “Adi keyfiyyətlə “Tiffany” keyfiyyəti arasında böyük fərq var!”
Digər zərgər Tomaş Jivura isə müştərilərini inandırır ki, hər bir üzüyə eynən 130 il qabaqkı tək qüsursuz çərçivə düzəldə bilər: “Onda brilyant da çox gözəl və yüngül görünəcək!”
Qeyd edək ki, "Tiffany & Co" zərgərlik şirkəti 1837-ci ildə ABŞ-da yaradılıb. Şirkət bəzək və interyer əşyaları, saatlar istehsal edir, o cümlədən, dünyanın müxtəlif ölkələrində zərgərlik mağazaları fəaliyyət göstərir.
Şirkət internet vasitəsilə də satış həyata keçirir.
Aytən
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
Sosial16 Avqust 20:04Azərbaycanın iki rayonuna Bakıdan axın başladı
-
Region16 Avqust 17:00İrəvan aeroportunda qadınların kütləvi davası oldu
-
MDB16 Avqust 16:36Binadan yıxılan 4 yaşlı uşaq sağ qaldı



















.webp)














