Qadın
Qreys Kellidən qadınlara 10 dəyərli məsləhət
Tarix boyu bir çox ulduz yalnız cazibәdarlığı vә gözәlliyi ilә deyil, hәm dә zövqlü geyimlәri ilә yadda qalıb və hәr biri stil ikonası adlandırılıb. Onlardan bәzilәri çoxdan dünyasını dəyişsə də, bir çoxu hәlә dә dizaynerlərin ilham mənbəyi olaraq qalır.
Hollivudun әn gözәl aktrisalarından biri olan Monako şahzadәsi Qreys hәmişə zәrif görünmәyi bacaran xanımlardan olub.
Publika.az bu yazıda Monako knyazı III Renyenin xanımı və Alfred Xiçkokun muzası olan Qreys Kellinin səsləndirdiyi ən parlaq fikirləri təqdim edir.
*Saç düzümü və məğrur görkəm yalnız şahzadə üçün deyil, hər bir qadın üçün vacibdir. Əgər bu, sizə çətin və yorucu gəlirsə, onda səfeh qadın yolunu seçmək həmişə mümkündür.
*Zərif və həssas görünməyə utanmayın. Kövrək qadınları qorumaq kişilərin təbiətindədir, axı güclü insan özü-özünü müdafiə edə bilər. Kişilərdən yardım istəməyə və bir qədər zəif görünməyə qorxmayın.
*Mən ağacların arasında, meşə cığırları ilə və sahil boyu gəzməyi sevirəm. Tək qalmaq və özümü təbiətin bir hissəsi hiss etmək xoşuma gəlir. Tənhalıq hər bir insana lazımdır. Bu zaman enerji yığırsan. İnsanın özü ilə tək qalması bir növ terapiyadır.
*Mirvari - qiymətli daşların kraliçası və kraliçaların ən qiymətli daşıdır.
*Mən feministəm və düşünürəm ki, qadınlar etmək istədikləri hər şeyi etməyə qadirdir.
*Uşaqlarla böyük insanlar kimi rəftar edin, axı onların da öz hüquqları var. Uşaqların hisslərinə və meyllərinə hörmət edin.
*Atamın həyata baxışı çox bəsit idi: siz elə-belə heç nə əldə etmirsiniz. Hər şey əzmkarlıq, namus və zəhmətlə qazanılmalıdır.
*Qəzəb və hiddət heç bir problemi həll edə bilməz.
*Adam özünü necəsə təqdim etməlidir, yoxsa həyatınız jurnal maketindən fərqlənməyəcək.
Aytən
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı


























.jpg)









.jpg)