Qadın
Kişiləri buz kimi soyudan 8 qadın davranışı
Tez hirslənən qadın – Hər şey tərs gedəndə belə üzündə təbəssüm görmək istəyir. Həyata qarşı tərəfə və özünə inamınız varsa, o da sizə güvənəcək. Problemlərinizi və sıxıntılarıızı onunla paylaşmağa haqqınız var, lakin hər gün həyatdan bezdiyini demək, deyingənlik sevdiyiniz kişinin sizdən uzaqlaşmasına gətirib çıxarar. Hirslənmək və tez özündən çıxmaq yerinə, sual verin.
Yerindən durmayan – “Küləyə dedilər qapını ört. Dedi, külək örtər...” yerindən durmayan, tənbəl qızlar subaylıqdan yaxa qurtara bilməz. Kişilər bütün günü divanda uzanıb televizora baxmağı xoşlasa da, tənbəl qadınları heç sevmirlər. Kişilər özü qərar verən və problemləri təkbaşına həll edən qadınları çox bəyənirlər.
Yalan danışan – Buraya kredit borcunuz, hətta çəkiniz də daxildir. Özləri yalan danışmaqda peşəkar olmadığı üçün yalan onların ən zəif nöqtəsidir. Buna görə də qadınların dürüstülüyünə möhtacdırlar. Kişilər qadınların dediyi hər sözə inanmaq istəyir.
Kişi zarafatları - O sizin əsgərlik yoldaşınız deyil, sevgilinizdir! Onunla oğlan dostunuz kimi danışmayın. Çünki kişilər sevgilisini hər zaman "prensesa" kimi görmək istəyir. Ağzınızdan çıxan ən kiçik kobud söz bütün cazibənizi söndürüb sehri öldürə bilər. Qadın dediyin zərif və məlahətli olmalıdır...
Sədaqətsiz qadın - Buna heç bir insan göz yuma bilməz. Kişilər oğlanlarla həddindən artıq səmimi olan və oğlan dostları ilə görüşən qadınlardan ehtiyatlanırlar.
Dağınıq və baxımsız qadın - Bu təzə xəbər deyil. Bunu bilməyən yoxdur. Hər gün makiyaj etməyə həvəsiniz olmasa belə, saçların səliqəli və baxımlı, geyiminiz isə tərtəmiz olmalıdır. Çünki geyim sizin evlənilməli bir xanım olduğunuz işarəsini verir. Evinizdə hər şey qaydasında və yerində olmalıdır.
Səbirsiz qadın - Həyatınızda baş verən hər şeyə qarşı səbirli olmağınızı gözləyirlər. Buraya evlilik də daxildir.
Həyatdan bezən qadın - Problemləri olan insanlarla yoldaşlıq etmək istəmirik, qaldı ki, sevgili olmaq istəyən tapılsın... Neqativliyiniz onun da enerjisini alır. Dolayısı ilə, sizdən qaçmaq istəyəcək. Kişilər həyatını çətinləşdirən deyil, əksinə həyatını yüngülləşdirən qadınları sevirlər. Texnologiyanı da buna görə sevirlər.
Publika.Az
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
















.jpg)



.jpg)














.jpg)

