Qadın
Hamiləliyə qarşı həb qəbul edənlərə XƏBƏRDARLIQ
Həkimlər bəzi qidaların qəbul edilən dərmanlarla reaksiyaya girərək onların təsirini azaltdığını bildirir. Belə qidalardan biri də qreypfrutdur.
Publika.az xəbər verir ki, Kolumbiya Universitetinin professorları qreypfrutun hamiləliyin qarşısını alan dərmanların təsirini azalda biləcəyini açıqlayıb.
Bu isə o deməkdir ki, qadınlar istəmədiyi halda, hamilə qala bilər.
Araşdırmalar göstərib ki, qreypfrut yedikdə bağırsaqlardakı “CYP3A” adlı fermentin səviyyəsi aşağı düşür. Orqanizmin dərmanları mənimsəməsi üçün bu fermentə ehtiyacı var. Bu fermentlər kifayət qədər olmadıqda dərmanların effekti itir.
Araşdırmaların ortaya çıxardığı nəticələr bununla bitmir. Məlum olub ki, hamiləlik həbləri ilə qreypfrutu eyni gün içində qəbul etmək bədəndəki estrogen səviyyəsini artırır.
Qanda estrogenin səviyyəsi uzun müddət yüksək olduqda isə xərçəngə yaxalanmaq riski 50 faiz artır. Odur ki, hamiləliyə qarşı dərmanlardan istifadə edənlərə bu meyvədən uzaq durmaq tövsiyə edilir.
Ləman Sultan
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















