Qadın
Cazibədar ayaqların sirri
Cazibədar və baxımlı qadını təkcə əllərindən deyil, ayaqlarından da tanımaq olur. Baxımlı qadınların ayaqları gözəl, hamar, yumşaq, tərtəmiz olur. Bəs ayaqların hər zaman qüsursuz görünməsi üçün nələr etmək lazımdır?
Səliqəli saçlar, qaralmış dəri tamamilə mükəmməl görünmək üçün yetərli deyil. Baxımlı qadınlar ayaq, diz, dirsək və topuqlara da xüsusi qulluq göstərirlər. Diz və dirsəklər sürtünməyə ən çox məruz qalan bölgələrdir. Buna görə də tez bir zamanda sərtləşir, quruyur və sonda qaralır. Bu görüntünü 3 addımla yox etmək olar.
Ovun - Dirsək ya da ayaq topuqlarınızı ovcunuza aldığınız bir miqdar təmizləyici məhsulu ilə təmizləyin. Həmin hissəni yumşaq süngər, ya da bez yardımı ilə dairəvi hərəkətlərlə yavaşca ovalayın. Beləcə o hissədə yığılan ölü heceyrələrdən təmizləmiş olacaq, daha parlaq və daha yumşaq bir görüntü əldə edəcəksiniz.
Soyun - Yalınayaqda gəzmək dabanların çatlamasına səbəb olur. Bunun qarşısını almaq üçün duş qəbul edən zaman daban daşı ilə dabanınızı yaxşıca ovun. Diz və dirsəklərinizdə yaranan sərt təbəbəqəni yox etmək üçün badam yağının içinə bir çay qaşığı limon suyu əlavə edin. Əldə edilmiş məhlulu həmin hissəyə çəkib, bürüyüb, sonra 20 dəqiqə gözləyin. Həm rənginin açıldığını, həm də dərinin hamarlaşdığını müşahidə edəcəksiniz.
Nəmləndirin – Sürtünməyə ən çox məruz qalan topuq, diz və dirsəklərdə əmələ gələn çatları və sərtliyi yox etmək üçün nəmləndirici ən yaxşı üsuldur. Bunun üçün bal və badam yağı lazım olacaq. Hər dəfə duşdan çıxdıqdan sonra bu hissələrə sürtsəniz, yumşaq və hamar dəriyə sahib olarsınız.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
















.jpg)



.jpg)














.jpg)

