Qadın
Yazın saç trendləri - FOTOLAR
Bahar təpədən dırnağa qədər dəyişmək deməkdir! Bütün qadınlar soyuq qış günlərindən ilıq yaz günlərinə keçid dövründə mövsüm dəyişikliyinə hazırlaşır. Əvvəlcə qarderoba yeni geyimlər daxil olur, sonra stildə kiçik əlavələr edilir, sonda isə saçlara yeni forma verilir.
2014-ün yaz mövsümündə romantik və feminen saç kəsimləri dəbdə olduğu kimi, cəsarət tələb edən kəsimlər da var. Hörüklər, at quyruğu, dağınıq topuzlar və daha nələr bizi gözləyir...
Həzin dalğalar - Səhərlər oyananda saçlara forma verməyə tənbəllik edənlərə əla xəbərimiz var. Belə ki, həzin dalğalı tellər bu mövsüm dəbdədir. Yataqdan duran kimi təkcə əllərinizlə əlverişli və rahat saç modeli düzəldə bilərsiniz. Bunun üçün əlinizə bir qədər krem çəkib saç uclarına yaxşıca yeridin.

At quyruğu - Bu saç modelinin dəbdə olmadığı bir mövsümün olduğunu demək olar ki, xatırlamıram. Həm çox rahat yığılır, həm də hər tərzə uyğun gəlir. Bu il isə daha aşağıda yığılan forması aktualdır. Daha göz qamaşdırıcı görünmək üçün saçı topladıqdan sonra kənarlardan çıxan telləri parladıcı spreylə sabitləyə bilərsiniz.

Uzun və düz - Uzun və dümdüz saçlar bu mövsümdəki yerini çoxdan alıb. Kağız kimi dümdüz görünən saçlardan uzaqlaşın və saça həcm verərək düzləşdirməyə çalışın.

Bob kəsimlər - 2013-ün ən populyar saç kəsimlərindən biri olan bob kəsimlər 2014-ün bahar aylarında da nəzərə çarpacaq.

Pixie kesimlər - Uzun və düz saçlar bu mövsüm nə qədər dəbdədirsə, pixie kəsimlər də ən az onlar qədər trend olacaq. Bir az cəsarət tələb edən bu saç modeli son dərəcə trend görünür. Nə deyirsiniz, qızlar bu saç düzümünə cəsarətiniz varmı?

Orta boy saçlar - Saçını qısa kəsdirən xanımlar onların uzanmamasından şikayət edir. Ancaq bu mövsüm orta boy dalğalı saçlar dəbə minəcək. Saçlarını qışda qısa kəsdirən xanımlar bu hala çox sevinəcək.

Saç aksessuarları - yaz mövsümü saçlara yaradıcılıq da gətirir. Belə ki, çiçək fiqurlarından, heyvan fiqurlarına, rəngli bantalara qədər bir çox saç aksessuarı sərin bahar aylarında xanımların saçlarını bəzəyəcək. Xüsusən də bantlar saçların kirli olduğu günlərdə ən yaxın dostumuz olacaq və sizi çətin vəziyyətdən qurtaracaq.

Dağınıq hörüklər - Saç hörükləri qadınlığı göstərən ən yaxşı saç stilidir. Onlar bu mövsüm də bizimlə olacaq.

Publika.Az
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
















.jpg)



.jpg)














.jpg)

