Qadın
Rusiyanın ən gözəl qadını: “Bədənimə daxil olan şəxs...” - FOTOLAR
"Çılpaq ürəklər" uşaqlara yardım fondunun banisi və dünya şöhrətli model Natalya Vodyanova 34 yaşını qeyd edib.
Publika.az rusiyalı "Zoluşka"nın doğum günü şərəfinə onun həyat prinsiplərini xatırladıb.
"Nijni Novqorodda yaşayanda meyvə satırdım, onda, həqiqətən, işləyirdim. İndi isə sadəcə çiçəklənmə dövrüdür.
Mənə həsəd aparmaq lazım deyil. Bəlkə, mənim xoşbəxtliyim kimin üçünsə kabus olacaq. Zənnimcə, bədənimə daxil olan şəxs dərhal yorulub oranı tərk edəcək.
Mən həmişə öz zahirimə istehza ilə yanaşmışam. Lakin bu, özümü gözəl hesab etməməklə əlaqəli deyil. On beş yaşımdan bəri ətrafdakı insanların reaksiyasından işıq saçdığımı başa düşürdüm. Küçə ilə gedəndə yad insanların baxışları bunu mənə hiss etdirirdi. Üstəlik, mənə təkcə kişilər deyil, qadınlar da baxırdı.
Bəli, mən qadınlarla öpüşmüşəm. Qadın gözəlliyinə heyranam, ümumiyyətlə, qadın bədəninin daha gözəl olduğunu hesab edirəm. Bu, şəxsi fikrimdir. Məsələn, gözəl qadın sinəsi görəndə bihuş ola bilərəm.
Kişilərdə bəzi məqamlar məni qorxudur. Xüsusən, qarşı tərəfin üzündə iradəsiz ifadə görəndə öz bədəninə qarşı hörmətsiz münasibət hiss edirsən. Dözülməzdir və bu, həmin insan haqqında çox söz deyir. O insan qadın bədəninə sanki onun həyat yoldaşıymış kimi baxır.
Ölüm barədə yumorla düşünürəm, əgər ölsəm, mən də Merilin Monro kimi ölməz olacam. O, qocalmağa macal tapmadı və yaddaşlarda həmişəlik gözəl qaldı. Düşünürəm ki, onun ünvanına söylənilən gözəl sözlər mənim xeyriyyəçilik fəaliyyətim haqqında da deyiləcək.
Bir dəfə qaşlarımla bağlı belə demişdilər: “Səndə heç nə alınmayacaq, çünki qaşların evciyə bənzəyir”.
Bu həyatda mənə verilən ən yaxşı məsləhət “yox” deməyi öyrənmək və bu zaman pozitiv insan olmağı bacarmaqdır. “Yox” yalnız neqativ söz deyil. Bu sözü deyərkən nədənsə imtina etməklə yanaşı, nəsə yaratdığını da başa düşməlisən.
Uşaq özünü dərk edənə qədər yalnız bir Allahı var: onun valideynləri və əgər uşaq valideynlərini kiçik yaşlarında itirirsə, onda “Allah var” duyğusu çox tez kütləşir".
Aytən
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı


























.jpg)









.jpg)